Bazar günü günü, 08 noyabr 2026
     

Sumqayıt və Marağa hadisələri baş prokurorluğun saytından çıxarıldı... İnanılmaz...

Image


Məhərrəm Zülfüqarlı: "Marağa abidəsini də özləri məhv edib, Sumqayıt hadisələrini də onlar törədib, bütün faktlar ermənilərin əleyhinə işləyir"

Son zamanlar Ermənistan medaisında diqqətçəkən məsələlər barədə bəhs edilir. "Erməni tarixi" dərsliyində Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi faktından sonra indi də "Ermənistanın səsi" yazır ki, Ermənistanın Baş Prokurorluğunun saytından "Sumqayıt hadisələri"nin və "Marağa"nın "arxivləri" silinib. 

Erməni mediasının qeyd etdiyinə görə, İrəvanda "Sumqayıt arxivi" dağıdılır. "Fakt budur ki, Ermənistan Baş Prokurorluğunun saytından "Sumqayıt" bölməsi tamamilə yoxa çıxıb"-deyə "Ermənistanın səsi" yazır. İddia edirlər ki, guya bu arxivlərdə "Azərbaycanın cinayətləri" yer alıbmış, bütün sənədlər, materiallar yoxa çıxarılıb. Guya Azərbaycan Marağada ermənilərə qarşı nəsə edib. Əlbəttə, bu kökündən yanlış bir məsələdir. Yazırlar ki, Vardapetyanın göstərişi ilə "Sumqayıt" və "Marağa"nın "yaddaşını məhv etmək yolu tutulub. 

"Sumqayıt arxivi" və "Marağa hadisələri" ilə bağlı məlumatın Ermənistanın Baş Prokurluğunun saytından yığışdırılmasına ermənilər narazılıq edirlər və deyirlər  ki, bu   "bərpa" olunmalıdır. Əslində Sumqayıt "arxivi" də, Marağa məsələsi də ermənilərin özlərini ifşa edir. Maraqlıdır, niyə yığışdırılıb?

"O sənədlər açıq şəkildə sübut edir ki, Sumqayıt hadisələrini erməni terror mərkəzləri törədib"   

 Erməni mətbuatında yazılanlara şərh verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə "Erməni separatizmi növbəti dəfə başladığı dövrdə, 1988-ci il fevralın 20-də "Dağlıq Qarabağ Muxtar Vilayəti" "soveti" Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşmək barədə "qərar" qəbul etdi. Bu, erməni separatizminin başlanğıc nöqtəsi oldu. Həmin dövrdə ermənilər qızışdırıcı hərəkətlərə yol verir, yaratdıqları təşkilatlarla azərbaycanlılara qarşı hərəkətə keçirdilər. O vaxt onlar maddi vəsait toplayıb fondlar yaratmışdılar. Həmin dövrdə Azərbaycanda yaşayan ermənilər, xüsusən də Bakıda, Sumqayıtda yaşayanlar Azərbaycana qarşı döyüşmək istəmirdilər və erməni terror təşkilatlarının yaratdığı fondlara pul vermirdilər. Ona görə də, erməni separatizmini gücləndirmək üçün "Dağlıq Qarabağ"dan və Ermənistan ərazisindən azərbaycanlıların kütləvi qovulmasını təşkil etmək üçün ermənilərə katalizator rolu oynayan bir "hadisə" törətmək lazım idi. Yəni elə bir hadisə törətməli idilər ki, azərbaycanlıları müdafiə edən erməniləri də fakt qarşısında qoysunlar, bununla da nifrəti artırsınlar və düşmənçiliyi qızışdırsınlar. Bu səbəbdən onlar bu hadisəni Bakıda törətmək istədilər, amma gördülər ki, Bakı 83 millətin yaşadığı böyük şəhərdir, buradan hadisələri idarə edə bilməyəcəklər. Bunun üçün təxribatı Sumqayıt şəhərində törətməyi planlaşdırdılar. Sumqayıt ikinci dünya müharibəsindən sonra salınmış şəhərlərdən biridir. O vaxt Rusiyanın ərazilərindən bura insanlar köçürülmüşdü, buna da "qardaş köməyi" deyirdilər. Bu da ruslaşma siyasəti həyata keçirmək idi, ona görə də Sumqayıtda çoxmillətli şəhər formalaşmışdı. O cümlədən burada ermənilər yaşayırdı. Sumqayıt hadisələrinin erməni mərkəzləri tərəfindən törədildiyini təsdiqləyən çoxlu faktlar var. Mən bu hadisənin canlı şahidiyəm. Bütün hadisələr gözümün qabağındadır. Hadisələr fevralın 26-da başladı. Erməni mərkəzləri təxribatlara başladı. Olaylar Sumqayıtdakı "qara gödəkcəli" insanların peyda olması ilə başladı. Bunlar hamısı Sovet KKB-nin agentura şəbəkəsinə daxil olan şəxslər idi. Bunlar Azərbaycan dilində danışa bilirdilər. "Erməni əhali" buradan köçməlidir deyənlər onlar idi, hay-küy salırdılar. Şəhərdəki bir qrup tüfeyli "qara gödəkcəlilər"in təxribatına uydu. Sumqayıt hadisəsini törədənlərdən erməni Qriqoryan hakim qarşısına çıxalarıdı. Tam təsdiqləndi ki, hadisənin başında Qriqoryan dayanırmış, Sumqayıtda əzilən, döyülən ermənilər onlara Qriqoryanın və onun dəstəsinin hücum etdiyini deyirdilər.    Qriqoryanı Rusiyaya apardılar, qatı cinayətkar olmasına baxmayaraq ona az iş verdilər, sonra da buraxdılar. O da, başqa təxribatçılar da erməni fondlarına pul ödəməyən erməniləri hədəfə almışdı. Hadisələrdən sonra akademik Ziya Bünyadov rus dilində "Niyə Sumqayıt?" adlı elmi məqalə dərc etdi və bununla da ermənilərin bu təxribatını ifşa etdi".

M.Zülfüqarlı qeyd etdi ki, bu hadisəni planlaşdıran və idarə edən Moskvadakı və xaricdəki qüvvələr, erməni mərkəzləri  Sumqayıta çəkiliş qrupu göndərmişdi ki, hadisələri çəksinlər. "Ermənistan mətbuatının yazdıqlarına gəlincə, fikrimcə, o saxta arxivin silinməsi oradakı faktların ermənilərin cinayətlərini ifşa etməsi ilə bağlıdır. O sənədlər açıq şəkildə sübut edir ki, Sumqayıt hadisələrini erməni terror mərkəzləri törədib. Marağa məsələsinə gəlincə, bilirsiz ki, ermənilər Qarabağa Türkmənçay müqaviləsindən sonra köçürülüblər. Rus tarixçilərinin yazdıqlarına görə, 1913-cü ilə qədər 1 milyona yaxın erməni Qafqaza köçürülüb. O cümlədən də Azərbaycan ərazilərində məskunlaşdırılıblar. Qarabağa köçən ermənilər 1978-ci ildə ora köçmələrinin 150 illiyinə abidə qoymuşdular. Bu abidənin şəkilləri də var. Separatizm başlayanda isə özlərinin bura gəlmə əhali olmasının izini itirmək üçün abidəni sökdülər. Onlar erməni riyakarlığının, erməni saxtakarlığının iç üzünün açılmasına mane olmaq istəyirlər. Uzun illər bu faktları pərdələməyə çalışdılar, amma fakt faktlığında qalır. Sadəcə olaraq, biz heç nəyə arxayən olmalı deyilik. Hələ də ermənilər Sumqayıt hadisəsindən Azərbaycana qarşı təxribat kimi istifadə edirlər. Əgər Sumqayıt və Marağa hadisələri ilə bağlı materaillar götürülübsə, mütləq bunu məqsədli şəkildə ediblər. Bilirsiz ki, artıq internet əsridir və saytlara girib istənilən məlumatı əldə etmək olur. Ermənistanın özü də yaxşı bilir ki, real faktlar, sənədlər onların yalançı iddialarını darmadağın edir, odur ki, bu addımı atıb. Yenə də deyirəm, biz arxayın olmalı deyilik, ermənidən məkr, xəyanət, təxribat əskilməz, həmişə var. Biz də işimizi ehtiyatlı tutaq. Həm ermənilərin Marağaya köçü, həm də Sumqayıt hadisələri ilə bağlı müxtəlif dillərdə məqalələr çap edib yayaq. Marağa abidəsini də özləri məhv edib, Sumqayıt hadisələrini də onlar törədib, bütün faktlar ermənilərin əleyhinə işləyir "-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət edir - CANLI

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ