Pakistanın baş naziri Şahbaz Şərif fevralın 24-25-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
"Səfər zamanı müdafiə, ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq", - mənbə bildirib.