Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Prezident yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişikliyi təsdiqlədi

Image


Prezident İlham Əliyev “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sənədə əsasən, Komissiyaların tərkibi, fəaliyyətinin təşkili və hesabatların verilməsinə əlavə edilib.

Belə ki, komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir. Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan Katiblik (bundan sonra – Katiblik) tərəfindən təmin edilir.

Katiblik aşağıdakı vəzifələri həyata keçirir:

1) yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

2) komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;

3) uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın nəticəsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;

4) uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

5) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırır.

Komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.

Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində hesabat verirlər. Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər. Katiblik hesabatları ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.

Yerli komissiyaların səlahiyyətləri aşağıdakılardır:

1) uşaqların hüquqlarına və qanuni mənafelərinə dair normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

2) uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması və onların asudə vaxtının səmərəli təşkili, uşaqların baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, uşaqların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;

3) uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını həyata keçirmək;

4) təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, uşaqların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparmaq və həmin müəssisə, təşkilat və idarələrin müdiriyyətinin (işəgötürənlərinin) uşaqların təlim-tərbiyəsi prosesinə aid məsələlərlə bağlı məlumatını komissiyanın iclaslarında dinləmək;

5) komissiyanın işi üçün lazım olan məlumatın təqdim olunmasını mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, təşkilatların və idarələrin müdiriyyətindən (işəgötürənlərindən) tələb etmək;

6) uşaqları, onların valideynlərini və ya digər qanuni nümayəndələrini şəxsən qəbul etmək, onların müraciətlərinə baxmaq, şəxsi işləri ilə tanış olmaq;

7) uşaqların tərbiyəsi, təhsili və əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması ilə əlaqədar, həmçinin uşaqların pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq dövlət orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək;

8) komissiyanın qərarını yerinə yetirmədikdə və ya komissiyanın uşaqların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına dair müraciətinə baxmadıqda vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq;

9) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxmaq;

10) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən razılıq vermək;

11) insan alveri qurbanlarına yardım mərkəzlərində və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlarda saxlanılan uşaqlar barədə dərhal məlumat almaq;

12) insan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilmə müddətinin uzadılması barədə vəsatət vermək;

13) cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə müraciət etmək;

14) uşaqların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

15) uşaqların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirmək;

16) komissiyanın iclasında baxılan məsələlər barəsində məlumatlar və izahatlar almaq üçün vəzifəli şəxsləri, mütəxəssisləri, ekspertləri və digər şəxsləri komissiyanın iclaslarına dəvət etmək;

17) cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış uşaqlar barəsində müvafiq dövlət orqanlarından daxil olan materiallara baxmaq;

18) spirtli içkilər içən, narkotik vasitələr və psixotrop maddələr qəbul edən uşaqlar barəsində materialları müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün müvafiq tibb müəssisələrinə göndərmək;

19) uşağın törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi haqqında, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi haqqında, şərti məhkum etmə haqqında, məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında məhkəmə qarşısında vəsatət qaldırmaq;

20) komissiyanın təşəbbüsü ilə qaldırılan və uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etmək;

21) uşağın islah olunması ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılmasına zərurət aradan qalxdıqda onun vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti ilə birgə məhkəməyə təqdimat vermək;

22) tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış uşaqlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərmək, dövlət yardımına ehtiyacı olan uşaqları müəyyən etmək və onlara yardım göstərmək, uşaqların sosial reabilitasiyası üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;

23) müvafiq icra hakimiyyəti orqanının uşaqlarla iş üzrə inspektorlarından zəruri məlumatlar almaq;

24) internat, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində saxlanılan uşaqların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək mümkün olmadıqda həmin sənədlərin əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

25) valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirmək və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamaq;

26) bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətlər.

İnzibati xətalar haqqında işlərə komissiyalar tərəfindən baxılması ilə əlavəyə əsasən, uşaqlar barəsində müvafiq dövlət orqanlarından daxil olan inzibati xətalar haqqında işlərə komissiyalar baxır və bu Əsasnamənin 9-cu maddəsinin birinci hissəsinin 1–4-cü bəndlərində nəzərdə tutulmuş intizam təsir tədbirləri tətbiq edirlər.

Komissiyalar həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189.1, 189.3, 189.4, 212.3, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxır və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edirlər.

Hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işlə bağlı əlavəyə əsasən, komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, uşaqların yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə davranışını nəzərə almaqla onların barəsində aşağıdakı intizam təsir tədbirlərini tətbiq edirlər:

1) xəbərdarlıq etmək;

2) uşaq müstəqil əməkhaqqına malikdirsə və zərərin məbləği otuz üç manatdan artıq deyildirsə, vurduğu zərəri ödəmək, yaxud maddi zərərin otuz üç manatdan artıq olmayan məbləğdə nəticələrini öz əməyi ilə aradan qaldırmaq vəzifəsini onun öhdəsinə qoymaq;

3) uşaqları valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarətinə vermək;

4) on beş yaşından on səkkiz yaşınadək olan uşaqların öz qazancını və ya təqaüdünü müstəqil xərcləmək hüququndan məhrum edilməsi üçün tədbirlər görmək;

5) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquqpozmalara görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan uşaqları açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

6) çətin tərbiyə olunan uşaqları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

7) ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmaq.

Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin hüquqi əsasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddənin birinci hissəsinin 1–4-cü bəndlərində göstərilən tədbirlər nəticə vermədikdə, törətdikləri əməllərə görə inzibati məsuliyyətə cəlb olunması üçün on altı yaşından on səkkiz yaşınadək olan uşaqlar barəsində inzibati xətalar haqqında işlər komissiya tərəfindən aidiyyəti dövlət orqanlarına geri qaytarılır.

Hüquq pozuntusu törətmiş uşaqlar barəsində “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi profilaktik iş aparılır.

Qeyd:

1. Xəbərdarlıq etmək şəxsə onun əməli nəticəsində vurulmuş ziyanın, əməlin təhlükəlilik dərəcəsini və xarakterini izah etməkdən, eləcə də həmin əməlin təkrar törədiləcəyi təqdirdə onun barəsində daha sərt intizam təsir tədbirinin tətbiq ediləcəyinin xatırladılmasından ibarətdir.

2. Nəzarətə vermək valideynlərin və ya digər qanuni nümayəndələrin üzərinə uşağa tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsinin qoyulmasından ibarətdir.

Qəbul edilmiş qərarların surəti 3 (üç) gün müddətində komissiyalar tərəfindən həmçinin Katibliyə göndərilir.

Qeyd edək ki, dövlət başçısı sözügedən sənəd əsasənda “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun tətbiqi və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ