Bazar ertəsi günü, 26 oktyabr 2026
     

ABŞ senatorundan ŞOK İDDİA - Ukraynada məsələ müharibə deyil, 7 trilyon dolları kimin ələ keçirəcəyidir…

Image


Tramp administrasiyası Kiyevə ABŞ-ın Ukraynanın nadir torpaq metallarının 50 faizinə çıxışı müqabilində regionda təhlükəsizliyi təmin etmək üçün Amerika qoşunlarının yerləşdirilməsini təklif edib.

Məlumata görə, bu təklif ABŞ-ın Ukraynaya verdiyi milyardlarla dollarlıq hərbi və iqtisadi dəstəyə görə, kompensasiya forması kimi nəzərdən keçirilir. Planı fevralın 12-də Kiyevdə Zelenski ilə görüşündə ABŞ-ın maliyyə naziri Skott Bessent gündəmə gətirib.

Bu arada, ABŞ-ın məşhur respublikaçı senatoru Lindsi Qremin ötən il Ukrayna-Rusiya müharibəsi ilə bağlı söylədiyi fikirlər yenidən gündəmə gəlib. Qrem Ukraynadakı müharibənin açıq şəkildə “pulla bağlı” olduğunu iddia edib.

Qrem deyib ki, Birləşmiş Ştatlar Ukraynanın böyük kənd təsərrüfatı sektorundan və müharibədən əziyyət çəkən, lakin təbii ehtiyatlarla zəngin ölkədə olan nadir torpaq metallarından 2-7 trilyon dollar dəyərində qazanc əldə edə bilər: “Bu müharibə pulla bağlıdır. İnsanlar bu barədə çox danışmırlar. Ancaq nadir torpaq metallarına görə, Avropanın ən zəngin ölkəsi Ukraynadır”.

O, ölkənin iki-yeddi trilyon dollar dəyərində 21-ci əsr üçün son dərəcə vacib olan nadir torpaq metalları ehtiyatına malik olduğunu deyib: "Ukrayna ruslarla deyil, bizimlə müqavilə bağlamağa hazırdır. Rusiyanın buranı ələ keçirməməsi bizim çox önəmlidir”.

Qremin sözlərinə görə, Ukrayna həm də inkişaf etməkdə olan dünyanın taxıl anbarıdır. Çünki, Afrikaya gedən bütün ərzaqların 50 faizi Ukraynadan gəlir.

Qrem həmçinin vurğulayıb ki, Tramp administrasiyası bu mənbələrdən pul qazanmaq üçün unikal vəziyyətdədir: “Donald Tramp pulumuzu geri almaq üçün müqavilə bağlayacaq, biz özümüzü nadir torpaq metalları ilə zənginləşdirəcəyik. Bu, Ukrayna və bizim üçün yaxşı bir razılaşma olacaq və Tramp bölgəyə sülh gətirəcək".

Xatırladaq ki, nadir torpaq elementləri bütün dünyada yer qabığında bol olan 17 metal oksiddən ibarət qrupdur. Bunlar mobil telefonlar, raket sistemləri, elektron nəqliyyat vasitələri, bərpa olunan enerji, müdafiə sənayesi və səhiyyə kimi bir çox sahədə istifadə olunur.

Dünyada təxminən 110 milyon ton nadir torpaq elementi var. Çin 44 milyon ton ehtiyatla dünyanın ən böyük nadir torpaq metalları istehsalçısıdır. Nadir metalların təxminən 70 faizini istehsal edən Çin qlobal emal gücünün 85 faizini təşkil edir. Müharibənin tərəflərindən biri olan Rusiya da bu sahədə lider dövlətdir.

Avropa Komissiyasının 20-dən çox kritik xammalın potensial tədarükçüsü kimi müəyyən etdiyi Ukraynanın, təxminən 117 növ çox istifadə olunan faydalı qazıntılara sahib olduğu təxmin edilir. Lakin Ukrayna müharibə, infrastruktur problemləri və ölkənin mədən siyasətinə görə, bunların hamısından faydalana bilmir.

ABŞ prezidenti Trampın nadir torpaq elementi tələb etdiyi Ukrayna dünya metal ehtiyatlarının təxminən 5 faizinə sahibdir, ancaq bu yataqların bir hissəsi müharibə zamanı Moskvanın nəzarətinə keçib.

Ukrayna mətbuatı iddia edir ki, Çin Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində mədənlərin istismarı ilə bağlı aktiv fəaliyyətə cəlb edilib. Məlumata görə, bir neçə özəl Çin şirkəti Ukraynanın işğal olunmuş şərq ərazilərində fabriklər tikir və yerli şirkətlərlə fəal əməkdaşlıq edir, avadanlıq və digər materiallar tədarük edirlər. Bildirilir ki, Çin şirkətləri təkcə avadanlıq tədarük etmir, həm də çinli iş adamlarını işğal olunmuş ərazilərə gətirir, birgə müəssisələr yaradır və yerli işçi qüvvəsindən fəal istifadə edir. Çinin diqqətinin xüsusilə enerji, kənd təsərrüfatı infrastrukturu və yüngül sənaye kimi sahələrdə cəmləşdiyi bildirilib.

Ukrayna Strateji Araşdırmalar və Təhlükəsizlik İnstitutunun direktoru Pavlo Lisyanskinin sözlərinə görə, Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində yenidənqurma prosesini maliyyələşdirmək üçün kifayət qədər resursları yoxdur. Ona görə də Kreml Çin şirkətlərini regiona investisiya qoymağa razı salmağa çalışır.

Qeyd edilir ki, Çin şirkətləri 2023-cü ilin yazında Rusiyanın nəzarətində olan “Nadra” şirkətinin menecerləri ilə təmas qurub. Bu danışıqların nəticəsi olaraq, “Liming Heavy Industry Science & Technology” şirkəti “Nadra”ya müxtəlif mədən avadanlıqları tədarük etməyə başlayıb. Bundan əlavə, “Zhongxin Heavy Industrial Machinery” və “Amma Construction Machinery Shanghai” adlı şirkətlər də “Karansky Quarry” ilə tanınan mədən şirkət ilə müqavilələr imzalayıb.

Qeyd edilir ki, Kreml işğal etdiyi əraziləri “Avropa-Qərbi Çin Beynəlxalq Nəqliyyat Dəhlizi” ilə birləşdirməyə çalışır. Bu məqsədlə Rostov - Mariupol - Melitopol - Simferopol avtomobil yolunun yenidən qurulduğu bildirilib. Kremlin məqsədi bu logistika xəttindən istifadə edərək bölgəyə daha çox çinli investor və iş adamını cəlb etməkdir.

Ekspertlərin fikrincə, 2023-cü ildən Rusiyanın işğal etdiyi Donetsk bölgəsindən ixracın böyük hissəsi Çin, Türkiyə, Suriya, Belarus, Qazaxıstan və Abxaziyaya aparılacaq. Bu ticarətin 51,8 faizini metallar və metal məmulatları təşkil edir, qalan hissəsini mineral məhsullar, ərzaq və kənd təsərrüfatı üçün xammal təşkil edir.

Politoloq Petro Oleşçukun fikrincə, Moskva Çini Avropanın ən böyük silahlı münaqişələrindən birinə cəlb etmək istəyir. Rusiyanın məntiqinə görə, Çin işğal etdiyi ərazilərdə nə qədər çox işlər görsə, həmin ərazilərə nəzarət etməkdə bir o qədər Moskvadan asılı olacaq.

Ekspertlərin fikrincə, Kreml Çin şirkətlərindən istifadə etməklə işğal olunmuş ərazilərin legitimləşdirilməsini və Rusiyanın nəzarətində qalmasını təmin etməyə çalışır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ