Tramp və Putin arasında sammitin bu ayın sonuna kimi Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilir.
“Bloomberg”in məlumatına görə, ABŞ və Rusiyanın yüksək rütbəli rəsmiləri bu ayın sonunda dövlət başçıları arasında mümkün görüşü müzakirə etmək üçün gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər. Mənbələrin bildirdiyinə görə, iclasda milli təhlükəsizlik müşavirlərinin iştirakı gözlənilir və tarixin Ramazan ayı başlamazdan əvvəl müəyyənləşdirilməsi planlaşdırılır. Səudiyyə Ərəbistanı ABŞ, Rusiya və Ukrayna nümayəndələrini Ər-Riyadda danışıqlara dəvət edib, iclasa milli təhlükəsizlik müşaviri Musaed əl-Ayban sədrlik edəcək.
Bundan əvvəl Ukrayna prezidenti Zelenski ölkəsinin iştirak etmədiyi hər hansı bir razılaşmanı qəbul etməyəcəyini bildirib.
TAHİR