Dünya deputatları Bakıdakı məhkəməyə unikal qiymət verdilər - Rusiyanı da, separatçıları da vurdular...

Tural İsmayılov: "Özgə vaxtı bəzi media orqanları yalan-yanlış məlumat yayırdılar, Ruminiya mətbuatı reallığı ortaya qoyub"
Məlumdur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəmə prosesi keçirirlir. Məlum məhkəmə prosesi haqqında Rumıniyanın “ Newsweek ” nəşri yazıb. Qeyd edilir ki, rumıniyalı deputatlar Azərbaycanın beynəlxalq hüquqa riayət etmək və onilliklər boyu Kreml tərəfindən dəstəklənən separatçı hərəkatın rəhbərlərini məsuliyyətə cəlb etmək səylərini dəstəklədiklərini bəyan ediblər. Kristian Terhes Moskva tərəfindən dəstəklənən postsovet ölkələrindəki separatizmdən qaynaqlanan regional təhlükəsizlik və sabitliyə davam edən təhdidlərlə bağlı ciddi narahatlığını ifadə edib: “Bakıda R.Vardanyan və Araik Arutyunyan da daxil olmaqla digər separatçı liderlər üzərində məhkəmə prosesləri Qafqaz və Avropada Kreml tərəfindən dəstəklənən onillik antikonstitusion fəaliyyətə görə ədalətli cəzalandırma nümunəsi olmalıdır".
"Ruminiya nəşrində Azərbaycan haqqında həqiqəti əks etdirən məlumatlar yayılıb"
umıniyalı deputatların Bakıdakı məhkəməyə verdiyi qiymətlə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycanın Ruminiya ilə çox yaxşı münasibətləri var. Ruminiya nəşrində Azərbaycan haqqında həqiqəti əks etdirən məlumatlar yayılıb. Ölkəmizin məlum məhkəmə prosesinə ədalətli yanaşacağı qeyd edilib: "Sevindirici haldır ki, bu gün dünya mediasında reallığı olduğu kimi deyən, çatdıran mətbu orqanlar var. Özgə vaxtı bəzi media orqanları yalan-yanlış məlumat yayırdılar. Ruminiya mətbuatı reallığı ortaya qoyub. Bununla da dünya mediasının Azərbaycana verdiyi önəm nümayiş olunur".
Günel CƏLİLOVA