Rusiya və ABŞ liderləri ya aprelin 20-də Pasxa bayramına, ya da 9 May Qələbə gününə qədər Ukraynada atəşkəs razılaşmasına nail olmağa çalışacaqlar. Bu barədə “Financial Times” yüksək vəzifəli Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Ukrayna rəsmisi qəzetə deyib ki, Putin sövdələşmənin vaxtını belə bir əlamətdar tarixə təyin etmək istəyəcək.
Kremlin sözçüsü Peskov isə bildirib ki, Putin mayın 9-da Moskvada böyük ölkələrin liderlərini qəbul etməkdən məmnun olacaq. Dəvətlilər arasında ABŞ prezidenti Donald Trampın da olub-olmaması ilə bağlı suala Peskov “Əlbəttə” cavabını verib.
TAHİR