çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Qərbin dəstəyi itirildi, prezidentlə merin davası başladı - bu ölkənin gələcəyinə zülmət çökdü...

Image


Donald Trampın Rusiya ilə danışıqlar barədə açıqlaması Vladimir Putinə çoxdan tələb etdiyi şeyi verdi: Ukrayna üzrə ABŞ-la birbaşa danışıqları. Bu barədə "The Wall Street Journal” yazıb.

Bildirilib ki, Kreml uzun müddətdir Ukraynanı və onun avropalı müttəfiqlərini bu cür danışıqlardan kənarlaşdırmağa çalışır. Moskva eyham vurub ki, Vaşinqton müharibənin uzadılmasına görə məsuliyyət daşıyır və buna görə də yalnız o, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar apara bilər: “Amma əgər biz Putinin Ukrayna ilə bağlı bəyan etdiyi mövqeləri rəhbər tutsaq, o zaman Trampın vəd etdiyi danışıqlar uzunmüddətli olacaq. Rusiya atəşkəsə o halda razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə etmək imkanlarına məhdudiyyətlər qoyulsun”.

Belə vəziyyətdə daha bir problem Ukrayna daxilində yaranan gərgin vəziyyətdir. Belə ki, Kiyevin meri ölkə prezidenti ilə çəkişir. Silah tədarükünə nəzarətlə bağlı çəkişmə fonunda müdafiə naziri barəsində araşdırma aparılır. Hərbi komissarlıq cəbhəyə yetərincə adam toplamaqda çətinlik çəkir. Bir yandan da ukraynalılar çağırış yaşının azaldılması çağırışlarına qarşı çıxırlar. Üç ildir sürən savaşın haldan saldığı Ukrayna xalqı, əsasən, prezident Volodimir Zelenskinin arxasında durmaqdadır. Ancaq ölkə rəhbərliyi və siyasi zümrə arasında parçalanma yaranmağa başlayır və hələlik, bu parçalanmanın nə dərəcədə genişlənəcəyi və dərinləşəcəyi bilinmir. İstənilən halda, Moskvanın atəşkəs əldə etmək üçün fürsət qazandığı, Ukraynanı silahla təchiz edən ABŞ-ın savaşı sonlandırmaq istədiyi, Münhen Güvənlik Konfransı fonunda diplomatiyanın aktivləşdiyi zamanda bu parçalanma Kiyevdən ötrü heç arzulanmazdır. "Chatham House” beyin mərkəzinin Ukrayna üzrə təhlilçisi Orısya Lutseviç bildirir: “Bu faktlar onu göstərir ki, Ukraynada hətta müharibə zamanı da siyasi proseslər aktiv qalır. Gerçəkdən də atəşkəsin əldə edilməsinə və siyasi rəqabətin yenidən başlanmasına ümid çoxdur”. Ukrayna ordusu aylardır döyüş meydanında arzulanan nəticə göstərə bilmir. Ötən ilin avqustunda Ukrayna gözlənilmədən Rusiyanın Kursk vilayətinə daxil olmaqla mövcud durumu dəyişməyə çalışdı. Bu, İkinci Dünya savaşından bəri Rusiya ərazisinə ən iri hücum idi. Kiyev bu addımı atmaqla cəbhə xəttinin digər nöqtələrində gərginliyi azaltmağa və Qərbdəki müttəfiqlərinə hələ də döyüş meydanında məharət göstərməyə qadir olduğunu göstərməyə ümid bəsləyirdi. Qərb gerçəkdən təəccübləndi, ancaq Rusiya hər hansı bölgədən qoşunlarını çıxarmadı. Payız və qış boyunca Ukrayna bir neçə nöqtədə geri çəkilməyə məcbur qaldı.

Yanvarın 27-də Donbas bölgəsinin cənubunda yerləşən Velika Novosilka şəhəri Rusiya qoşunlarına təslim oldu. Ukrayna rəsmiləri 110-cu əlahiddə mexanikləşdirilmiş briqadanın şəhərdən çəkildiyini açıqladı. Bir neçə gün sonra Rusiya qoşunları Kuraxovanın qalıqlarını da ələ keçirdi və ukraynalıları qərb istiqamətində Zaporojye tərəfə çəkilməyə məcbur etdi. Bu fonda Kiyevin meri, boksçu və ağır çəki dərəcəsində keçmiş dünya çempionu Vitali Kliçko da prezident ofisini şəhərin yeni hərbi komendantı ilə siyasi intriqa aparmaqda günahlandırdı. Rusiya tammiqyaslı hücum başladandan bəri mülki və hərbi qurumlar arasında rahat koordinasiya yaratmaq üçün ölkənin hər yerinə hərbi komendantlar təyin edilib. Ancaq Kliçko deyir ki, bir ay öncə Timur Tkaçenkonun təyinatı siyasi motivlərlə bağlıdır. O iddia edir ki, Tkaçenko paytaxtda iqtisadi fəaliyyətə müdaxilə edir və onlara mane olur: “Mən Ukrayna prezidentinə üz tuturam. Siz ölkənin ali baş komandanı kimi müharibəyə və Ukraynanın müdafiəsinə fokuslandığınız halda, çevrənizdəki adamlar yorulmadan siyasi intriqa ilə məşğul olurlar”. Tkaçenko bu hücumu cavabsız qoymayıb: “Mən şəhər hökumətində onillərlə oturan bəzi adamlar kimi siyasi şoular düzəltməyə meylli deyiləm. Biz şəhərin problemlərini çözəcək, Kiyev sakinlərinə kömək edəcəyik”. Müdafiə Nazirliyi isə orduya silah almaq üçün bürokratik savaş aparır. Müdafiə Təchizatı Agentliyi 2022-ci ildə həm xaricdən, həm də ölkə daxilindən gələn silah axınının idarə edilməsi məqsədilə yaradılıb. Əvvəlki zamanlarda təchizat sahəsi korrupsiya və rüşvətxorluq girdabında idi. Müdafiə naziri Rustem Umerov agentliyin rəhbəri Mariya Bezrukovanı yanlış idarəçilikdə suçlayaraq vəzifəsindən uzaqlaşdırıb. Bezrukova isə bu ittihamı rədd edərək deyib ki, agentliyin idarə heyəti onun müqaviləsini uzatdığı üçün Umerovun işdən çıxarma haqda əmri qanunsuzdur. Müstəqil hüquq-mühafizə qurumu olan Milli Antikorrupsiya İdarəsi Umerovun qanunu gerçəkdən pozub-pozmadığı ilə bağlı araşdırmaya başlayıb. Ukraynada orduya daha çox canlı qüvvə cəlb etmək hələ də böyük problem olaraq qalmaqdadır. Fransalı mütəxəssislərdən təlim alan, Ukraynanın modernləşdirilmiş silahlı qüvvələrinin bayraqdarı sayılmalı olan 155-ci əlahiddə mexanikləşdirilmiş briqadanın ətrafında baş verən qalmaqal bu problemi aydın nümayiş etdirir. Bu birliyin çox sayda əsgəri fərarilik edir. Briqadanın Donbasa göndərilməsi ərəfəsində onun komandiri vəzifəsindən kənarlaşdırılıb. Hazırda müstəntiqlər nəyin yanlış getdiyini araşdırırlar. Zelenski belə briqadalar yaratmağı dayandırmağı əmr edib. Qərb rəsmiləri çağırış yaşının 25-dən 18-ə endirilməsinə çağırırlar. Ölkənin artıq ağır halda olan demoqrafik durumunun daha da pisləşməsindən, gələcəkdə əhalinin artmasının qeyri-mümkün olacağından qorxan Zelenski buna müqavimət göstərir. Tramp administrasiyası Kiyevlə Moskvanı danışıqlar masası arxasına oturtmaq üçün həm məcburedici, həm də həvəsləndirici rıçaqlardan yararlanacağının siqnallarını verib. Gündəmdə olan məsələlərdən biri Ukraynanın hərbi vəziyyəti dayandıraraq yeni prezident seçkiləri keçirilməsinə şərait yaratmasıdır. Rusiyanın hücuma keçəndən bəri seçkilər yasaqlanıb. Zelenski isə 2019-cu ildə seçkidə qalib gəlib və beş il müddətinə prezident seçilib. Fevralın 3-də dərc edilən sorğu nəticələrinə görə, ukraynalıların ən çox güvəndiyi ictimai şəxslərin siyahısında keçmiş baş komandan Valeri Zalujnı birinci yeri tutub. Zalujnı Britaniyada səfir təyin ediləndən bəri siyasi profilini çox da qabartmır. Ancaq çoxları onu seçki keçirilərsə, güclü rəqib sayır. Siyahıda Zalujnıdan sonrakı yeri tutan şəxs Ukraynanın hərbi kəşfiyyat qurumunun rəhbəri Kirilo Budanovdur. Üçüncü yeri isə ötən il ağır çəki dərəcəsində boks üzrə dünya çempionu olan Oleksandr Usik tutur. Zelenski dördüncü yerdədir. Ekspertlər deyirlər ki, Zelenskinin siyasi müşavirləri Zalujnının seçkidə güclü rəqib olacağını bilirlər. Bu zəhmli general Londona köçəndən bəri ictimai açıqlamalarının çoxunda xarici düşmənlə mübarizədə milli həmrəyliyə çağırır. Rusiyanın Ukraynada keçiriləcək seçkilərə keçmişdə olduğu kimi müdaxilə edə biləcəyinə dair qorxu da var. Vaşinqtonda yerləşən Vilson Mərkəzinin tədqiqatçısı və İndianadakı Boll Dövlət Universitetinin professoru Sergey Juk deyib ki, Kreml seçki zamanı ölkədə sabitliyi pozmaq üçün öz güclü təbliğat maşınından və Ukrayna daxilindəki rusiyameylli ünsürlərdən yararlana bilər. 2019-cu ildə seçkidə Zelenskiyə yenilmiş keçmiş prezident Petro Poroşenkonun dəstəkçiləri onun yenidən namizəd olmasına zəmin hazırlayırlar. Hərçənd, o, hələ də əhali arasında populyar deyil.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ