Paşinyan Münhen Təhlükəsizlik Konfransına iştirak etməsi üçün Almaniyaya gəlişinin fotolarını öz saytında yerləşdirib. Bu barədə politoloq Karen Vrtanesyan qeyd edir.
Maraqlısı isə odur ki,Paşinyanı qarşılayanlar arasında bir nəfər belə olsun alman məmuru gözə dəymirdi. Qarşılayanların hamısı Ermənistan rəsmiləridir. Onların Nikolla eyni təyyarədə gəlməsi də tamamilə mümkündür. Yəni bu “qarşılanma” tamamilə saxta da ola bilər. Təsəvvür edək ki, "Suro (Ermənistan Müdafiə Naziri Suren Papikyan), pilləkənlərin yanında Edo (Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan) ilə bir sırada durub, guya ki, Paşinyanı salamlayırlar." Fotolardakı sarışın isə alman olsa da, Ermənistan Respublikasının Bavariyadakı fəxri konsulu doktor Kristin Sassedir. İndi gəlin xatırlayaq ki, Nikolovskilərdən tutmuş Danielioannisyanlara qədər müxtəlif insanlar Ermənistan Respublikasının “suverenliyinin görünməmiş artımını” necə tərifləyirdilər. Onu da xatırladım ki, bir neçə gün əvvəl Parlament “Avropaya üzvlük haqqında” qanunu qəbul edib...
P.S. Maraqlıdır, konfrans zamanı Paşinyana heç olmasa taburetka-kətil tapa biləcəklər, yoxsa divara söykənib ayaq üstə qalacaq?
Surxay ƏLİYEV