çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

335 milyard dollar səmərəsiz səpələndi - USAİD sonda ABŞ-ın özünə də ziyan vurdu...

Image


Xəyal Bəşirov: “Bu pulun bir hissəsini ayrı-ayrı dövlətlərdə cinayətkar fəaliyyətlərinə sərf edib, digər hissəsini də özləri mənimsəyiblər”

USAİD öz qeyri-şəffaf fəaliyyəti ilə yalnız dünya ölkələrinə ziyan vurmayıb, bu təşkilat həyata keçirdiyi çirkin maliyyə əməliyyatları ilə ABŞ-ın özünə daha böyük ziyan vurub. ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına maliyyələşən USAİD bu maliyyəni ABŞ-ın xarici siyasətinin genişlənməsinə, əlaqələrinin inkişafına yox, öz məqsədlərini və ayrı-ayrı qrupların istəklərini həyata keçirməyə xərcləyib.

Məlum olur ki, 2024-cü ildə USAİD-in layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib.

Gizlin deyil ki, USAİD ehtiyacı olan müxtəlif ölkələrdə "humanitar yardım", eyni zamanda iqtisadiyyat, təhsil, səhiyyə sahələrinə, demokratiya məsələlərinə dəstək olmaqla məşğul olmaq adı altında dünyada media və QHT-lərin qanunsuz maliyyələşdirilməsini həyata keçirib. Əsas məqsəd onların bir rıçaq kimi istifadə olunması, onlardan dövlət çevrilişi həyata keçirmək üçün alət formalaşdırılması olub ki, əslində, ayrılan pullar bu məqsədlərə yönəldilib. USAİD-in bu əməlləri haqda hər yeni məlumat insanda şok effekti yaradır ki, bu təşkilat 335 milyon dolları niyə yaxşı məqsədlər üçün istifadə etməyib. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi, 10 mindən artıq əməkdaşı olan USAİD o pulları hara xərcləyib?

“Bu vəsait müxtəlif ölkələrdə rəngli inqilabların keçirilməsinə, orda xalqların iradəsinə zidd addımların atılmasına, konstitutsion rejimlərə qarşı fəaliyyətin ortaya qoyulmasına yönəldilib”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, USAİD-in çirkin fəaliyyəti ilə bağlı məsələ artıq dünya gündəmində yer alıb, müxtəlif ölkələrin medialarında bu barədə məlumatlar yayılır. “USAİD-in uzun illər boyu davam edən qeyri-şəffaf fəaliyyətini ifşa edən çox ciddi məlumatlar mövcuddur. Əslində, ABŞ-ın xarici siyasətində önəmli rol oynamalı olan bu təşkilatın öz nizamnaməsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olmadığını tək bizlər deyil, dünyanın ayrı-ayrı dövlətləri də deyir, bu barədə medialar yazır. Başlıcası isə, hazırda ABŞ-a rəhbərlik edən Donald Tramp administrasiyası bildirir ki, USAİD tamam başqa fəaliyyətlərlə məşğul olub. Bu təşkilatın cinayət əməllərini Tramp özü ifşa edib. Yəni bu, kənardan səsləndirilən ittihamlar deyil, ABŞ-a rəhbərlik edən şəxslərin ittihamlarıdır”.

X.Bəşirovun sözlərinə görə, USAİD nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərində xidmət göstərməyib, öz əsas vəzifəsini unudub başqa işlərlə məşğul olub. Qurumun nizamnaməsində nəzərdə tutulan 5 fəaliyyət istiqamətlərdən danışan X.Bəşirovun sözlərinə görə, bura yoxsulluğun, baş verən fəlakətlərdən sonra həmin hadisənin nəticələrinin aradan qaldırılmasına, sosial-iqtisadi inkişafla bağlı ayrı-ayrı dövlətlərə yardımların göstərilməsi, dəstək verilməsi, ABŞ-ın başqa dövlətlərlə münasibətlərinin inkişafına çalışmaq, qlobal problemlərin, eləcə də iqlim dəyişmələri məsələlərinin həllinə kömək etmək daxildir. O vurğuladı ki, amma USAİD bu istiqamətlərdə əməkdaşlığı genişləndirmək əvəzinə hakimiyyət çevrişlərinə maraq göstərib. “Bu istiqamətdə USAİD-in fəaliyyətlərinin hər hansı bir nəticəsini görmədik. Əksinə, büdcəsi illik 40-50, 60 milyard ABŞ dolları olan bu təşkilatın əsas fəaliyyət istiqamətləri ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq oldu. USAİD müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimai-siyasi fəallarla əlaqəyə girib o dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etdi. Onları maliyyələşdirməklə, dövlətlərin daxilində xaotik prosesləri reallaşdırmaqla beynəlxalq hüquqa, qanuna zidd fəaliyyət ortaya qoydu.

Bir sıra dövlətlərin timsalında bu addımların şahidi olmuşuq. Əslində mən bir neçə dəfə vurğulamışam, yenə də qeyd edim ki, USAİD 1961-ci ildə ABŞ-ın ovaxtkı prezidenti Con Kennedinin təşəbbüsü ilə yaradılıb. Bu təşkilat yarandıqdan sonra onun ilk gizli əməliyyatı "Kuba baharı" adı altında Kubada çevriliş etmək cəhdi olub, bu çevrilişə nail olmasalar da, dünyanın ayrı-ayrı regionlarında dövlət çevrilişləri etmək niyyətlərindən əl çəkməyib. Ərəb ölkələrində, Ukraynada, Şərqi Avropada göstərdiyi fəaliyyət ifşa olunub. Bir sıra bölgələrdə hələ bundan sonra onun fəaliyyəti ifşa olunacaq ki, USAİD-in bu dövlətlərin daxili işlərinə qarışaraq ordakı xaosun kütləvi hal almasına gətirib çıxaran addımları olub. USAİD-in əsas fəaliyyəti belə olub. Təbii ki, Azərbaycan da onların hədəfində olub. İllər uzunu Soros Fondu və başqa qurumlar ölkəmizdə öz maraqlarını təmin etmək istəyiblər. Maraqlıdır ki, bu təşkilatlar nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətlə deyil, nizamnamələrinə zidd fəaliyyətlə məşğul olan təşkilatlardır. "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar", Soros fondu və o fondun maliyyələşdirdiyi digər təşkilatlar bizə tanışdır. USAİD-i də Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər etdiyi məlumdur. Bu qurum bəzi vətəndaş cəmiyyəti nümayəndələrini, QHT-ləri, media qurumlarını, ayrı-ayrı ictimai-siyasi fəalları maliyyələşdirmək yolu ilə Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanda xalq ilə hakimiyyət arasında uçurum yaratmaq, bu yolla da dövlətə təsir göstərmək niyyəti ilə addımlar atırdı. Amma fəaliyyətləri ifşa olunub. Təsadüfi deyil ki, ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyasının ən yaxın, ən aktiv və ən əsas fiqurlarından biri, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask USAİD-i cinayətkar təşkilat adlandırdı. Donald Tramp da həmin o təşkilat haqqında çox ciddi mövqe səsləndirib, onun fəaliyyətini, rəsmi şəxslərini, ümumilikdə o təşkilatı ciddi şəkildə ittiham edən fikirlər səsləndirib.

Təbii ki, USAİD-ə ayrılmış yüz milyardlarla dollar vəsait ayrı-ayrı dövlətlərin daxilini qarışdırmağa, hakimiyyət dəyişikliyi kimi məsələlərə xərclənib. Bu vəsait müxtəlif ölkələrdə rəngli inqilabların keçirilməsinə, orda xalqların iradəsinə zidd addımların atılmasına, konstitutsion rejimlərə qarşı fəaliyyətin ortaya qoyulmasına yönəldilib. Vəsaitin böyük bir hissəsi də USAİD rəhbərliyinin cibinə xidmət edib.

Biz bunu o təşkilata rəhbərlik edən şəxslərin, sonuncu prezidenti Samanta Pauerin fəaliyyətində görə bilərik ki, bu şəxs USAİD-in fəaliyyət istiqamətinə uyğun heç bir fəaliyyət ortaya qoymayıb. Biz 5 aprel 2024-cü ildə Azərbaycanın iştirakı olmadan Ermənistanla birgə keçirilən görüşü və Ermənistana silah yardımının başlanmasını vurğulaya bilərik. USAİD-in milyardlarla dolları

müxtəlif dövlətlərə qarşı cinayətlər törədilməsinə xərclədiyi də aşkar görünür. Eyni zamanda, öz dövlətlərinin xarici siyasət kursuna qarşı da cinayət törədiblər, ayrılan pulları mənimsəyiblər. Bu pulun bir hissəsini ayrı-ayrı dövlətlərdə cinayətkar fəaliyyətlərinə sərf edib, digər hissəsini də özləri mənimsəyiblər. Bu da ondan xəbər verir ki, uzun onilliklər ərzində bu təşkilat müxtəlif dövlətlərə qarşı ABŞ-ın bəzi dairələrinin cinayətkar sifarişlərini həyata keçirmək üçün fəaliyyət göstərib”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ