çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

"Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır" - Zaxarova

Image


Biz bilirik ki, aviaqəza ilə bağlı faciə həm Bakıda, həm də Moskvada çox həssas qarşılanır. Trend xəbər verir ki, bunu Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bizim münasibətlərin uzun tarixi var və müvafiq sənədlərlə təsbit olunub. Mən hesab edirəm ki, tarix varsa, münasibətlərin mövcud beynəlxalq hüquqi bazası varsa, bax, bu münasibətlərin gələcəyini də elə məhz bu iki faktor müəyyən edir. Əlbəttə ki, münasibətlərdə hər şey ola bilər, və biz hazırda bu narahatlığı yaşamaqdayıq. Biz bunu proses kimi duyuruq, qəlbimizlə duyuruq, çünki biz bilirik rəsmi Bakını nə narahat edir.

Biz çox gözəl başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm bizim vətəndaşların həyatına son qoymuş aviaqəza ilə bağlı yaşanmış faciə həm orada, həm də bizdə həssaslıqla qarşılanır. Biz, əlbəttə ki, başa düşürük ki, bütün bunların qeyri-havasız məkanda baş vermədiyini anlayırıq və çoxlarının bundan öz məqsədləri üçün istifadə etməyə çalışdığını görürük. Lakin bu cəhdlər, sözsüz ki, uğursuzluğa düçardır”, – deyə o bildirib.

Zaxarova Rusiya və Azərbaycan arasında tərəfdaş, müttəfiq münasibətlərin olduğunu qeyd edib.

“Düşünürəm ki, bütün bu cəhdlər uğursuzluğa düçardır və bizim əməkdaşlığın səviyyəsi, bizim xalqların dərinliyi və müdrikliyi bu çağırışın da öhdəsindən gəlməyə imkan verəcək”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilmişdir.

Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlamışdır. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir.

Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak etmişdir. Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olmuşdur.

BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb etmişdir.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilmişdir.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ