Moldova Rusiya ilə 1998-ci ildə imzalanmış Moldova-Rusiya Mədəniyyət Mərkəzləri Sazişinə birtərəfli qaydada xitam verib. Bu barədə Moldova Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, lazımi prosedurlar başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi Moldovadakı fəaliyyətini dayandırmalıdır.
TAHİR