Rusiya prezidenti Putinlə görüşdən sonra sülh mesajları verən ABŞ prezidenti Donald Tramp Moskvanın liderlik etdiyi BRİCS təşkilatını təhdid edib.
BRİCS-i hədəf alan Tramp bildirib ki, BRİCS dollarla oynasa, onlara qarşı ən azı 100 faizlik vergi tarifləri tətbiq ediləcək.
Bundan başqa, Tramp Pekin və Moskvaya çağırış edərək hərbi büdcələrin azaldılmasını təklif edib: "Xi və Putinə çağırış edirəm, hərbi büdcəmizi yarıya endirək. Müdafiə xərclərimizi yarıya qədər azalda bilərik".
Tramp eyni zamanda, Putinin liderliyindəki Rusiyanın G7-yə qayıtması gərəkdiyini də bildirib.
TAHİR