Sünik (Zəngəzur) vasitəsilə dəhlizin verilməsi məsələsi artıq müzakirə olunmur. Dəhliz mütləq Azərbaycana veriləcək. Bunu erməni politoloq Alen Gevondyan deyib.
“Bu məsələ bu gün yox, hələ 2018-ci ildə, bu gün Ermənistanı idarə edən komanda hakimiyyətə gələndə həll olundu. Regionda geosiyasi vəziyyət dəyişməli idi və bunun baş verməsi üçün üç əsas şərt yerinə yetirilməli idi: “Artsax”ı təslim etmək, Azərbaycana dəhliz vermək və Türkiyə ilə münasibətləri tənzimləmək. Məhz bu üç məqam ətrafında konsensus əldə olundu və onların əsasında siyasi planlaşdırma həyata keçirildi, hansı ki, icrası bu gün həyata keçirilir”, - deyə Gevondyan bildirib.
Onun sözlərinə görə, Sünikdən keçən dəhlizin hələ də açılmamasının yeganə səbəbi “9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat”dır: “Bu sənəd Rusiya tərəfinin təkidi ilə imzalanıb, lakin hazırki durum onun mənafeyinə uyğun gəlmədiyindən prosesi ləngitməyə başlayıb. Rusiya bu işi FSB-yə həvalə edib”.
Surxay Əliyev