çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

ABŞ-Rusiya gizli razılaşmasının təfərrüatları - Tramp Putinə inandı?..

Image


Abutalıb Səmədov: "Putin açıq şəkildə deyib ki, onun missiyası keçmis imperiya torpaqlarını birləşdirməkdən və dövləti möhkəmləndirməkdən ibarətdir"

Ukraynada müharibə başlayandan bəri ABŞ və Rusiya arasında ilk təmas qurulub. Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff şəxsi təyyarəsi ilə Moskvaya uçub. Bununla da ABŞ ilə Rusiya arasında ilk gizli razılaşma əldə edilib. Bu təmas əvvəlcə Kreml tərəfindən təkzib edilsə də, sonradan təsdiqlənib.

Rusiyada 4 ildir həbsdə olan amerikalı müəllim Mark Fogel gizli razılaşma əsasında sərbəst buraxılıb. Trampın səfiri Vitkoff tərəfindən aparılan danışıqlar nəticəsində sərbəst buraxılan Fogel ölkəsinə qayıtdıqdan sonra Ağ Evdə Tramp tərəfindən qarşılanıb.

Xatırladaq ki, Amerikada məktəb müəllimi olan Mark Hilliard Fogel 2021-ci ilin avqustunda Rusiyaya 0,6 unsiya (17 q) tibbi marixuana ilə girməyə cəhd etdiyi üçün Rusiya hakimiyyəti tərəfindən həbs edilmişdi. 2022-ci ilin iyununda o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Mark Fogel 11 fevral 2025-ci ildə Rusiyada azadlığa buraxılıb.

ABŞ Dövlət Departamentinin saytında qeyd edilir ki, verilən vədlər yerinə yetirilir. Prezident Tramp Fogel ailəsinə Markı evə gətirəcəyinə söz verdi və bu gün Mark yola düşür. Rusiyada üç il yarım həbsdən sonra Mark nəhayət azadlığa çıxıb. Markın azadlığa buraxılması digər Amerika vətəndaşlarının hələ də Rusiya həbisxanalarında saxlandığını xatırladır. Prezident Tramp onların hamısını vətənə qaytarmağa hazırdır.

Məlumdur ki, bu mübadilə Trampın seçki vədləri çərçivəsində reallaşdırılıb. Amma bu razılaşmanın nəyin müqabilində baş tutması barədə heç bir məlumat yoxdur. Ola bilər ki, bu, Putinin təmənnasız jestidir və Moskvanın belə jestləri Ukrayna müharibəsinin dayandırılmasında Amerikanın Rusiyaya qarşı sərt mövqeyini yumşaltmağa hesablanıb. Yoxsa Trampla Putin arasında artıq müəyyən razılaşma mövcuddur? Əks təqdirdə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff şəxsi təyyarəsində öz təşəbbüsü ilə Moskvaya uçmağa necə risq edə bilərdi?

Baki-xeber.com saytının sualına cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, Putinin Amerika vətəndaşını həbsdən azad etməsi, təbiı ki, müəyyən sövdələşmənin nəticəsidir: "Sadəcə, bunun nədən ibarət olduğunü Tramp açıqlamaq istəməyib. Amma işarə edib ki, kifayət qədər ciddi danışıqlar gedib. Danışıqlar ondan ibarət ola bilər ki, Tramp Putinin müəyyən şərtlərini qəbul edib. İlk növbədə Ukrayna müharibəsində Rusiyanın təklif etdiyi sülh modelinin müəyyən tələblərini qəbul etdiyini vəd edə bilər. Əslinə qalsa, bu, Trampın güzəşti deyil, bu onun seçki təbliğatı vaxtı verdiyi vədin, götürdüyu öhdəliyin - söhbət Amerıka seçicilərindən gedir - həyata keçirilməsinin təzahürüdür. Əgər Tramp Ukrayna ilə Rusiya arasında müharibəni 100 gün və ya altı ay ərzində dayandırmaq öhdəliyi götürübsə, bunun bir yolu var - Ukraynaya təzyiqlər yolu ilə onu sülhə və güzəştlərə məcbur etmək, eyni zamanda Kiyevi Rusiyanın şərtlərinin böyuk hissəsini qəbul etməyə razılaşdırmaq, Rusiyanı isə dilə tutaraq, muəyyən yumşalmalara getməsinə çalışmaqdan ibarət ola bilər. Trampın 6 ay ərzində Rusiyaya təzyiq göstərmək şansi yoxdur. Özünün dediyi kimi, əgər ədalətli sülhə nail olmaq istəsəydi, bunun üçün ən azı üç il vaxta ehtiyac duyulardı. Rusiyaya qarşı təzyiqlar artırılardı, sanksiyalar sərtləşdirilərdi, Rusiyanın kifayət qədər zəifləməsi, Ukraynanın isə hərbi gücünun Qərb və ABŞ tərəfindən artırılması nəticəsində Moskvanı məcbur etmək olardi ki, ədalətli sülhə razılaşsın. Lakin Tramp bunu qısa müddətdə həll etmək istəyir. Qısa müddətdə isə Rusiyanı nəyəsə məcbur etmək mümkün deyil. Məsələn, neft qiymətlərini azaltmaq üçün zamana ehtiyac var. Bu prosesə Səudiyyə Ərəbistanını, OPEC+u qoşmağa ehtiyac var. Bu da müəyyən zaman tələb edir. Üstəlik, bu məsələlər sürətlə həllini tapsa da, Rusiyanın ən azı bir il-bir il yarım ayaqda qalmaq imkanı var. Rusiya rublu dəyərdən salmaqla büdcəni doldura bilər. Onsuz da Rusiya əsas xərclərini müharibəyə yönəldib, iqtisadiyyat tamamilə hərbi relslər üzərinə köçürülub. Tramp isə məsələni qısa müddətdə həll etmək istəyir. Digər tərəfdən, o başa düşür ki, Rusiyaya təzyiq mübahisəli məsələdir, nəticə verməyə də bilər. 20 mindən artıq sanksiya tətbiq edilən Rusiya 2024-ci ildə 4%-dən artıq ÜDM artımına nail oldu. Bu qədər sanksiya ilə Rusiya Avropa ölkələrindən 4 dəfə çox artım nümayiş etdirib. Bu da Trampı düşünməyə vadar edir ki, Rusiyaya qarşı sanksiyaları gücləndirmək nəticə verməyə də bilər. Ancaq Trampa real nəticə lazımdır. Real nətisə isə Ukraynanı sülhə məcbur etməkdən keçir. Onsuz da Ukrayna təbii sərvətlərini Amerikaya verməyə hazır olduğunu bəyan edib və ilkin olaraq 500 milyard dollarlıq müqavilənin bağlanması artıq razılaşdırılıb.

Digər tərəfdən nəzərə almaq lazımdır ku, Ukraynanın 26 trilyon dollarlıq təbii sərvətinin yarısı hazırda Rusiyanın nəzarətindədir. Yerdə qalan hissə uğrunda mübarizə aparmaq və buna dərhal nail olmaq ABŞ-ın da maraqlarına uyğundur. Ona görə də Tramp asan yolu seçib. Putinin apardığı danışıqlar da göstərir ki, hər iki tərəf danışıqlardan razı qalıb. Bu da o halda mümkündür ki, Tramp Putinin tələblərinin əsas hissəsini qəbul etsin. Əks halda Putin razı qalmayacaq və bu izdivac pozulacaq.

Beləcə, Amerika növbəti dəfə və daha dəhşətli formada Ukraynanı satdı. Eyni zamanda, Rusiyanın istədiyi sülhə doğru ilk addım atıldı. Əgər hər şey bu cür, Rusiyanin istediyi kimi davam etsə, bu, Azərbaycan üçun də problemlər yarada bilər. Çünki Putin açıq şəkildə deyib ki, onun missiyası keçmis imperiya torpaqlarını birləşdirməkdən və dövləti möhkəmləndirməkdən ibarətdir. Onun hansı torpaqları nəzərdə tutduğu sübhə doğurmur. Yəqin ki, o, Moldovadan başlayacaq. Sonra isə digər əraziləri birləşdirməyə cəhd göstərəcək.

Bu gün artıq Trampla Putinin arasında ilkin razılaşma var, bu razılaşma Putinin əsas şərtlərinin Tramp tərəfindən qəbul edilməsindən ibarətdir. Amma Ukraynanın sülhə məcbur edilməsi dünyada yaxşı qarşılanmaya bilər. Çunki Avropadaki müttəfiqlər, eyni zamanda, dünyanin əksər hissəsi Rusiyanın bu müharibədən zəfərlə çıxmasını istəmir və ümidlər var idi ki, Tramp Rusiyanın zəifləməsi üçün daha ciddi addımlar atacaq. Amma son telefon danışıqları göstərir ki, Tramp vaxt itirmək istəmir. Lakin bu razılaşmanı elə şəklə salmaq lazımdir ki, müəyyən qədər Ukraynanın da istəklərinin nəzərə alındıği görüntüsu formalaşsın və deməsinlər ki, Tramp Putinə təslim oldu, Putin Trampı sındirdı. Bundan sonrakı danışıqlar daha çox görüntü yaratmağa xidmət edəcək. Görüntu yaratmağa çalışacaqlar ki, ədalətli sülhə nail olunub, hər iki tərəfin istədiyi və istəmədiyi şərtlər saziş layihəsinə salınıb. Lakin əslində sülh razılaşmasında daha çox Putinin istəkləri öz əksini tapacaq".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ