çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

ABŞ-ın vitse-prezidenti Paşinyanı tək qəbul etmək istəmədi...

Image


Akif Nağı: “Vensin Paşinyanı təklikdə qəbul etməməsi ABŞ-ın yeni administrasiyasının Ermənistana və Paşinyana olan münasibətinin göstəricisidir”

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə ABŞ-a səfər edib və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşüb. Paşinyan Milli Assambleyada keçirilən hökumət saatında bildirib ki, əvvəlcədən Ağ Evdə heç bir görüş nəzərdə tutulmayıb, ABŞ vitse-prezidenti ilə görüş onun ABŞ-a səfərinin son günündə baş tutub.

Paşinyan deyib ki, bir fikir yaranıb və görüş planlaşdırılmamış şəkildə təşkil olunub. “Görüş kifayət qədər uzun çəkdi. 1+3 formatında, yəni üzbəüz deyildi. İclasda nümayəndə heyətinin üzvləri iştirak ediblər. Biz tərəfdən ABŞ-dakı səfirimiz, hökumət aparatının xarici əlaqələr şöbəsinin müdiri və mənim mətbuat katibim iştirak edirdi” - deyə Paşinyan bildirib.

“Ermənistanla ABŞ arasında bu yaxınlarda imzalanmış strateji tərəfdaşlıq sazişi ABŞ-ın yeni administrasiyasının yanaşmaları nəticəsində həyata keçirilməyəcəkmi” sualına cavabında Paşinyan “Bu, keçid dövründə imzalanıb. Və bu müddətdə keçid komandaları formalaşır. Əvvəlki administrasiya bu sənədin imzalanmasında yeni administrasiya ilə eyni dərəcədə iştirak edib”-deyib.

Paşinyan özü deyib ki, ABŞ-ın vitse-prezidenti ilə görüş planlaşdırılmış görüş olub. Baş nazir qeyd edib ki, əvvəldən heç kimlə görüşmək planı yox idi, sadəcə belə bir ideya gündəmə gəlib və son gündə vitse-prezidentlə görüşüb.

Paşinyan özü təsdiqləyir ki, yalnız və yalnız vitse-prezident Ceyms Devid Venslə görüşə bilib.

Halbuki, Paşinyanın ABŞ rəhbərliyində təmsil olunan şəxslərlə görüş planlaşdırmadığı yalandır, şübhəsiz, ABŞ-a gedəndə planlaşdırmışdı ki, Trampdan aşağıda dayanan hər kəslə görüşsün, amma görüşmək alınmayıb. Bunu da ört-basdır etmək üçün yalan bəyanat verib.

Burda ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, Vens Paşinyanı təklikdə qəbul etməyib. Paşinyan da bildirib ki, görüşdə onunla bərabər mətbuat katibi, hökumət aparatının xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanın ABŞ-dakı səfiri də iştirak edib.

Faktiki olaraq, Vens Paşinyanı təklikdə qəbul etmək istəməyib. ABŞ-ın vitse-prezidentinin Paşinyanı təklikdə qəbul etməməsi dünyaya bir mesajdır ki, mənim bununla xüsusi bir söhbətim yoxdur, bu adam bizim üçün maraqlı deyil.

Eyni zamanda Paşinyana sual verilib ki, Bayden dövründə imzalanmış strateji tərəfdaşlıq sazişini yeni hökumət icra edəcək, yaxud etməyəcək? Paşinyan buna anlaşılmaz bir cavab verib və deyib ki, o saziş keçid dövründə imzalanıb, onun imzalanmasında köhnə komanda nə qədər iştirak edibsə yeni komanda da bir o qədər iştirak edib. Yəni suala qeyri-müəyyən bir cavab verib.

ABŞ-nın vitse-prezidentinin Paşinyanı təklikdə qəbul etməməsinin mənası nədən ibarətdir?

“Təkbətək görüş olsaydı Paşinyan həqiqətə uyğun olmayan fikirlər səsləndirə, ağzına gələni danışa, guya Vensin ona hansısa vədlər verdiyini açıqlaya bilərdi”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Paşinyanın ABŞ-a səfəri o qədər də ciddi olmayan bir dini mərasimlə bağlı idi. “Ancaq Paşinyan çalışırdı ki, hansısa ad altında ABŞ-a getsin, Vaşinqtonda yeni hökumətin rəhbərliyində təmsil olunan şəxslərlə görüşsün. ABŞ-ın yeni rəhbərliyi ilə görüşmək üçün cəhdlər edirdi, onlara çıxışı olan şəxslərlə, özünə yaxın olan erməni lobbisi kəsimi ilə görüşüb onlar vasitəsilə istəyini həyata keçirmək niyyəti güdürdü. Bilirsiz ki, erməni lobbisi də bütövlükdə Paşinyanı qəbul etmir, burda da ziddiyyət var. Paşinyanla kilsə arasındakı ziddiyyət erməni diasporu və lobbi təşkilatları ilə münasibətlərinə də təsir göstərir. Bəhanə axtarırdı ki, imkan olarsa yeni adminstrasiyanın nümayəndələri ilə görüşsün. Əsas işi də ondan ibarət idi ki, köhnə administrasiyanın xətti, mövqeyi davam etdirilsin. Amma görürsüz ki, Tramp qəti şəkildə köhnə administarsiyanın heç bir istiqamətdə siyasətini davam etdirmir. Yəni istər Ukrayna, istər Yaxın Şərq, istər İran, istər Cənubi Qafqaz, istərsə də qonşuları, Amerika qitəsi ilə bağlı tamamilə fərqli siyasət ortaya qoyur. O cümlədən də Cənubi Qafqazla, Ermənistanla bağlı hər hansı bir müsbət addım atmaq niyyəti yoxdur, daha doğrusu, Co Baydenin siyasətini davam etdirmək fikrində deyil. Ona görə də Paşinyan bilirdi ki, Tramp administrasiyasının mövqeyi elə də müsbət deyil. Birincisi, bəhanə tapıb ABŞ-a səfər etdi, orda da növbəti dəfə mənasız açıqlamaları təkrar etdi. Paşinyan əvvəlcədən bunu planlaşdırıb. Paşinyan açıqlamasında ənənəvi yalançılığını və ikiüzlülüyünü göstərərək deyib ki, guya bu görüş təsadüfi alınıb. ABŞ-da olanda onun işi ondan ibarət olub ki, müxtəlif yollarla, vasitələrlə Tramp administarsiyasından kiminləsə görüşsün. Görüş də vitse-prezident səviyyəsində alınıb. Orda da ortada elə ciddi bir məsələ yoxdur, ona ən azı bir vəd də verilməyib. Vensin Paşinyanı təklikdə qəbul etməməsi ABŞ-ın yeni administrasiyasının Ermənistana və Paşinyana olan münasibətinin göstəricisidir. Yəni yeni adminstarsiya üçün maraqlı deyil. Həm də gizli bir məsələ yoxdur ki, ona görə Paşinyanla təkbətək görüşsün. Digər tərəfdən də, erməni xislətini, erməni məkrini Amerikada da başa düşürlər ki, təkbətək görüş olsaydı Paşinyan həqiqətə uyğun olmayan fikirlər səsləndirə, ağzına gələni danışa, guya Vensin ona hansısa vədlər verdiyini açıqlaya bilərdi, Vens də, Tramp administrasiyası da fakt qarşısında qalardı”.

A.Nağının sözlərinə görə, ABŞ administrasiyası bir tərəfdən təkzib etmək, digər tərəfdən də təkzib etməmək problemi ilə üzləşə bilərdi. A.Nağının fikrincə, bu səbəbdən də, ABŞ-ın vitse-prezidenti şahidlərin iştirakı ilə görüşdü ki, Paşinyan görüşdən çıxandan sonra gedib ağzına gələni danışmasın. “Məsələnin bu tərəfi də var. Bu, elə də yüksək dəyərləndirilməyən bir görüşdür, bu görüş, təbii ki, Tramp administrasiyasının Ermənistana mövqeyini dəyişməyəcək. Onların Ermənistanda hansısa bir iş qurmaq, ona dəstək vermək fikirləri yoxdur, əksinə, hadisələr aydın şəkildə göstərir ki, Tramp administrasiyası daha çox Azərbaycan və Türkiyə ilə əməkdaşlığa əhəmiyyət verir”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ