Baş nazir Paşinyan parlamentdəki çıxışında “Ermənistan” fraksiyasının deputatı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın “Nikol Paşinyan komanda yoldaşının təhqiramiz mülahizələrini dəstəkləyir, yoxsa üzr istəyəcək?” sualını cavablandırarkən deyib:
“Bilirsiniz, siz öz fikrinizi heç bir məhdudiyyət olmadan bu kürsüdən və başqa tribunalardan bildirdiyiniz kimi, başqalarının da buna haqqı var. Və mən hesab edirəm ki, Alen Simonyanın “Artsax” xalqı haqqında dediyi sözlərin təhqir olub-olmadığı araşdırılmalıdır”.
Baş nazirə görə, Köçəryanın sualında o qədər faktiki səhvlər var ki, əksinə müxalifətdən olan deputatın üzr istəməli olduğu ortaya çıxa bilər. "Amma mən sizdən bunu gözləmirəm və bu üzrün olub-olmamasının heç bir dəyəri yoxdur".
Paşinyan onu da deyib ki, əgər onunla müzakirə edəcəkləri bir məqam varsa, onları debata dəvət edir. “Ancaq bir halda ki, atanızın mənimlə mübahisə edəcəyi bir məqam yoxdursa, mənim sizinlə mübahisə edəcəyim heç bir səbəb yoxdur”.
Cavabında Levon Köçəryan isə qeyd edib ki, Ermənistan Respublikasının bütün prezidentləri bu məsələ ilə bağlı mübahisə edəcək heç nəyin olmadığını açıq şəkildə bildirirlər. Guya “Artsax”ın təslim edilməsi həmişə danışıqların predmeti olub”, bu, absurddur..
Surxay Əliyev