Cümə axşamı günü, 20 avqust 2026
     

4 hərbi rus gəmisinin müşayiətilə Suriyadan tonlarla qızıl, eksponatlar qaçırıldı...

Image


Elşad Həsənov: “Suriyadan qızıl külçələri, muzey eksponatları və sair çıxarılıbsa...”

Bir vaxtlar Bəşər Əsəd rejimi ilə müttəfiq olan Rusiyanın yeni hökumət dövründə qol-qanadının kəsildiyi məlumdur, artıq bu ölkədə rəsmi Moskvanın təsiri kifayət qədər azalıb.

İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatına görə, Rusiyanın Şərqi Aralıq dənizindəki ən mühüm hərbi məntəqələrindən biri olan Tartus dəniz bazasında böyük təxliyə əməliyyatı keçirilib.

Yanvarın 28 və 29-da SPARTA II və SPARTA adlı Rusiyanın iki yük gəmisi dörd hərbi donanma gəmisinin mühafizəsi altında Tartusdan ayrılıb. Gəmilərlə çıxarılan hərbi texnika və şəxsi heyətin hələlik bilinməyən alternativ bölgələrə daşındığı bildirilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya hazırda həm Suriyada yeni administrasiya, həm də Heyət Tahrir el-Şamla (HTŞ) danışıqlar aparır. Lakin Moskvanın Əsədi himayə etmək səyləri tərəflər arasında danışıqları dalana dirəyib.

Rusiyanın hələ də özünü Suriyada əsas aktor kimi göstərməyə çalışmasına baxmayaraq, Ukrayna müharibəsi səbəbindən bölgədəki təsirini itirmək risqi ilə üzləşib.

Moskvanın Şərqi Aralıq dənizindəki hərbi mövcudluğu onun həm Yaxın Şərq, həm də Afrikadakı strateji maraqları üçün həyati əhəmiyyət kəsb edir. Ancaq Rusiyanın bütün diqqətini Ukraynadakı müharibəyə yönəltməsi bu bölgədəki hərbi mövqelərini ciddi şəkildə zəiflədib. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Suriyadakı hadisələrə tam nəzarət edə bilməməsi onun Əsəd rejimini ayaqda saxlamaq imkanlarını da əhəmiyyətli dərəcədə azaltmışdı.

Üsyançı qruplar 2024-cü ilin dekabrında Dəməşqi ələ keçirdikdən sonra Bəşər Əsəd Moskvaya sığınmağa məcbur oldu. Suriyanın yeni administrasiyası isə Əsədin Rusiya tərəfindən ekstradisiyasını tələb edir. Kremlin Suriyadakı mövcudluğunu saxlamaq üçün diplomatik manevrləri isə hələlik nəticəsiz qalıb, danışıqlar faktiki olaraq dalana dirənib.

Bu, Britaniya kəşfiyyatının yaydığı hesabatda əksini tapan məlumatdır. Qeyri-rəsmi məlumatlara görə isə, SPARTA II və SPARTA adlı Rusiyanın iki yük gəmisində çox böyük çəkidə qızıl külçələri, eyni zamanda Suriyanın çox məşhur tarix və digər profilli muzeylərindən oğurlanmış qiymətli eksponatlar, heykəllər, qədim artefaktlar, arxeoloji qazıntılardan əldə olunan qiymətli materiallar, qızıl məmulatları Moskvaya daşınıb. Digər qeyri-rəsmi məlumata görə, eyni zamanda Bəşər Əsəd hakimiyyəti komandasının gizli üzvlərinin dəstəyi ilə toplanmış külli miqdarda valyuta, dollar həmin gəmilərdə Moskvaya aparılıb. Məlumatlara diqqət yetirsək görərik ki, Suriyanın həm maddi, həm də tarixi dəyərləri, qiymətli eksponatları yağmalanaraq, üstünə də külli miqdarda valyuta yüklənərək Moskvaya daşınıb.

“Hesab eidrəm ki, Rusiya da buna etiraz edə bilməyəcək”

Məsələyə şərh verən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın Suriyada kitabı bağlanıb. E.Həsənov qeyd etdi ki, Bəşər Əsəd rejimi süqut edəndən sonra Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığından Bəşər Əsədə dəstək göstərməyə hərbi gücü olmadı. “Baxmayaraq ki, o vaxt Bəşər Əsəd Moskvaya gəldi və Putuni nə qədər gözlədi, sonra görüşdü, ancaq heç bir kömək ala bilməyib Suriyaya qayıtdı. Bir həftə sonra Bəşər Əsəd qaçmağa məcbur oldu, indi də Rusiyada gizlənir. Suriyada təkcə Rusiya yox, həm də İran məğlub oldu. Günün reallığı budur ki, Suriyanın indiki hakimiyyətinin arxasında Türkiyə dayanır. Türkiyə orda sakitlik, sabitlik olmasını istəyir, terrorçulardan təmizlənmiş bir ölkə qurulsun. Trükiyə buna çalışır. Ona görə də orda Rusiyanın hərbi bazaları ləğv olunacaq. Baxmayaraq, Suriyanın indiki müdafiə naziri bildirdi ki, bu, danışıqlardan asılı olacaq, Rusiyanın qoşunlarının burda qalması bizə xeyir verəcəksə o zaman bu nəzərdən keçirilə bilər. Ancaq belə görünür ki, Rusiya ordan öz hərbi qüvvələrini çıxarmalıdır. Dünən Hmeymim aviabazasından 30 nəqliyyat vasitəsinə yüklənmiş raketlər Tartus limanına gələrkən o limanın yaxınlığındakı nəzarət-buraxlış məntəqəsində saxlanılıb, 8 saat saxlanıldıqdan sonra onlar geri Hmeymim aviabazasına qaytarılıb. Yəni orda çox ciddi hadisələr baş verir. Rusiya qoşunlarının Suriyadan çıxarılması məsələsi durur. Hesab edirəm ki, Rusiya qoşunlarının ordan çıxarılması Suriyanın gələcək inkişafına töhfə olacaq”.

E.Həsənovun fikincə, Rusiya qüvvələri Suriyada qalarsa orda sabitlik, əmin-amanlıq olması mümkün deyil. E.Həsənov qeyd etdi ki, Tartus limanından çıxan gəmilərdə rus hərbiçilərinin avadanlıqları və sair daşınır, ancaq indiki dövrdə o gəmilər vasitəsilə qızıl külçələri daşınması inandırıcı görünmür. “Əgər Suriyadan qızıl külçələri, muzey eksponatları və sair çıxarılıbsa onlar Bəşər Əsəd orda olduğu vaxtda çıxarılıb. Özü Suriyadan qaçan zaman da gəmi ilə bunları daşıda bilərdi. Amma bu qədər vaxt keçəndən sonra inanmıram ki, ordan qızıl daşınsın, çünki ora artıq Suriya hərbi qüvvələri nəzarət edir. Suriya tərəfi Bəşər Əsədin Rusiyaya apardığı külli həcmdə qızılı, milyonlarla dollar pulu Suriyanın bərpası üçün istəyib. Ona görə də, Rusiyanın Suriyadan çıxarılması labüddür. Hesab eidrəm ki, Rusiya da buna etiraz edə bilməyəcək. Çünki o, Ukrayna müharibəsində çox zəifləyib, ona qarşı dünya ölkələrinin də böyük basqısı var”-deyə E.Həsənov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ