Qondarma "Arsax" qurumunun "parlament üzvü" Aqambekyan Yerevanda maraqlı hekayə danışıb. Deyib ki, "Samvel Şahramanyanın "Arsax"da "prezident" seçilməsindən 2 gün əvvəl (2023-cü ilin 10 sentyabr seçkisini nəzərdə tutur) mən "Ermənistan" qastinsasının yanında şərab zavodunun ofisində Arayik Arutunyanla görüşürdüm. Bu an ona zəng gəldi.Cavab verdi ki, bəli, cənab Paşinyan, sərhəddə gərginlikdir. Sonra ona daha bir zəng gəldi və bildirdi ki, Şahramanyana lazımı qədər səs verən var, alınmasa 2-ci turda alınacaq".
Aqambekyan sonra iddia edib ki, indi deyin "Arsax"da dövlət çevrilişini kim edib...
Mübahisə onunla bağlı olub ki, bir "Arsax" jurnalisti parlamentin sədri Simonyandan "biz Qarabağa nə vaxt qayıdacağıq" deyə soruşanda o deyib ki, vuruşmaq lazım idi, "Arsax"da dövlət çevrilişi etmək yox.
Aqambekyan əslində Simonyana cavab verib.
Namiq Quliyev