Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan Putini həbs etdirməyə hazırlaşır...

Image


Rusiyanın rəsmi səviyyədə çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan parlamenti Roma Statutunun ratifikasiyası istiamətində müvafiq addımlar atmağa davam edir. Belə ki, Ermənistan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

Komissiyanın sədr müavini Arusyak Culakyan bu xüsusda bildirib: “Komissiyanın iclasında iştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs veriblər”.
Beləliklə, Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsi baxılması üçün parlamentin gündəliyinə salınacaq. Ermənistanın “Joxovurd” nəşri yazır ki, oktyabrın 3-də Ermənistan parlamentinin plenar iclasında Roma statutunun ratifikasiyası məsələsi müzakirə olunacaq. Ölkə parlamentində qızğın müzakirələrin aparılacağı gözlənilir. Nəşrin yazdığına görə, iclasda başqa vacib məsələlər barədə də fikir mübadiləsi aparılacaq.  Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq. Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiyaya qarşı düşmənçilik adlandırıb. Belə ki,  Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarının Rusiyaya qarşı ən son həddə düşmənçilik olduğunu qeyd edib və bildirib ki, ölkəsi Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır. Peskov onu da əlavə edib ki, Rusiya lideri yaxın zamanda Ermənistana hər hansı səfər planlaşdırmayıb. Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya iləErmənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq: “Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Moskva Ermənistan parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir”. O da vurğulanıb ki, İrəvan Rusiya tərəfinin sənədlə bağlı cavab təkliflərini nəzərə almayıb: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya rəhbərliyinin respublikaya səfərlərini təsəvvür etmək çətin olacaq”. Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə Putin Ermənistana gedərsə həbs olunmalıdır. Ermənistanın beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndəsi Eqişe Kirakosyan bildirir ki, ölkəsi Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu məsələsinə dair hüquqi qərarı üzrə ikitərəfli saziş imzalamağı təklif edib: “Roma Statutunun ratifikasiyası halında Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik”. Kirakosyanın sözlərinə görə, Rusiya sazişi imzalamaqdan imtina etsə belə, ölkə liderlərinin toxunulmazlığı var və Ermənistana səfər edəcəyi təqdirdə Vladimir Putinin mümkün həbsi barədə söhbətlər yersizdir. Amma Rusiya bu yanaşmanı qəbul etmir.

Ermənistan baş naziri Nikol Paşinyan da iddia edir ki, Roma Statutunun ratifikasiyası Rusiya və KTMT-yə qarşı yönəlməyib.  Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edilib: “Bunun ratifikasiyası Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin xarici təhlükəsizliyini təmin etmək imkanlarından istifadə etməyə imkan verəcək. Bu qərar Ermənistanın maraqlarına əsaslanır və ölkənin suveren hüququdur”. Bütün bunlar Rusiyanın sərt reaksiyasına səbəb olur. Hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, Ermənistanı Putinin taleyi yox, Ermənistanın maraqları narahat etməlidir: “Hakimiyyətin siyasi iradəsi istisna olmaqla, hazırda buna heç nə mane ola bilməz. Əgər Ermənistan özünü Rusiyanın müttəfiqi hesab edirsə, o zaman Rusiya Federasiyasının hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirə bilməz. Müvafiq olaraq, Rusiyanın Ukraynaya qarşı təcavüzünü, Rusiya tərəfindən həyata keçirilən bütün soyqırım təzahürlərini, o cümlədən uşaqların qaçırılmasını, ukraynalı uşaqların Rusiya ərazisindən zorla saxlanmasını qanuni hesab etməlidir. Bütün bunlar mövcud ziddiyyəti əks etdirir. Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında Sazişin olması və onu təşviq etmək, eyni zamanda Rusiya Federasiyasının hərbi-siyasi müttəfiqi olaraq qalmaq mümkün deyil. Bunlar bir-birinə zidd olan öhdəliklərdir və Ermənistan onlardan birindən imtina etməli olacaq”. Onun dediyinə əsasən,  Roma Statutunun ratifikasiyası o deməkdir ki, Ermənistan müqavilədən irəli gələn tələblərə, o cümlədən Vladimir Putin və digərlərinin həbsi haqda orderlərlə bağlı tələblərə əməl etmək öhdəliyini öz üzərinə götürür: “Rusiya prezidentinin və uşaq ombudsmanı Lvova-Belovanın həbsinə dair orderlər açıqlanıb. Lakin Beynəlxalq Ədalət Məhkəməsinin hələ açıqlanmamış orderləri ola bilər ki, məsələnin əhəmiyyətinə və ya digər mülahizələrə əsaslanaraq, o cümlədən ədalətdən yayınmaq ehtimalının qarşısını almaq məqsədilə məxfi saxlasın. Onların arasında başqa Rusiya rəsmiləri də ola bilər”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ