Səlcuk Bayraktar MiG-29-la Bakı səmasında... - FOTO/VİDEO

img

Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub.

Trend-in məlumatına görə, S.Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.

S.Bayraktarın uçduğu MiG-29 "Baykar" şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Peşə etikası

Son xəbərlər