şənbə günü, 03 oktyabr 2026
     

“İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur” - Vüqar Rəhimzadə

Image


“44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı tərəf olduğunu, illərdir BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipi kimi ərazi bütövlüyünün təmin olunması istiqamətində dünyaya çağırışlarına ikili mövqedən yanaşıldığına, ən əsası bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçı Ermənistana dəstək olub danışıqlar prosesinin imitasiya naminə aparıldığına bir daha aydınlıq gətirdi.

 

Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı çərçivəsində təltif olunan hərbçilərlə görüşündəki nitqi Vətən müharibəsinə gedən yolun aydın mənzərəsini yaradır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş, qarşımızda diz çökmüş, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin dünənimizə baxış fonunda perspekivləri özündə ehtiva edən nitqində son 17 ildə sözlə əməl birliyini təsqdiqləyən məqamlar faktlar əsasında diqqətə çatdırılıb. Cənab İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, populizmdən uzağıq, nəyi deyiriksə ona də əməl edirik: “Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi öndə saxlayan dövlətimizin başçısı İlham Əliyev bu istəyin gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri sözün əsl mənasındə həqiqət kimi qəbul etmək, verilən vədə sadiqliyi əməldə təsdiqləməkdir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu vəzifəyə təzə seçilmişdim. Hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər”.

Baş redaktor Azərbaycanın son 17 ildə danışıqlar prosesini davam etdirməklə yanaşı, iqtisadi, siyasi sahələrdə, beynəlxalq müstəvidə qazandığı uğurların miqyasını da nə qədər genişləndirməsindən bəhs edib: “Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, gücünü hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə sübut edən ordumuzun müasir hərbi texnika, silahlarla təchiz edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu və təkmil orduları sırasında olması həm də iqtisadi qüdrətimizin göstəricisidir. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan bu hərbi texnikanı, silahı öz vəsaiti hesabına alır. Kasıb Ermənistanın yüksək məbləğlə ifadə olunan müasir silahlarla təchizatı daim sual doğuran məsələ olub. Möhtərəm Prezidentimiz İlham Əliyev istər Vətən müharibəsi dövründə xarici mətbuata verdiyi müsahibələrində, istərsə də fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələni dəfələrlə qabardaraq Ermənistanı silahla təchiz edən dövlətlərin münaqişənin həlli prosesinin uzanmasına və sonda bu siyasətin hansı nəticələrə yol açmasına diqqəti yönəldərək işğalçıya bu diqqət və qayğının nədən qaynaqlandığını həmin dövlətlərin özlərindən eşitmək istədiyini açıqlamışdır”.

“İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı” söyləyən V.Rəhimzadə bildirib ki, bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənir: “Müharibə zamanı bir addım da belə geri çəkilməyən, hər günü tariximizə Qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu cənab İlham Əliyevin qeyd etdiyi kimi, XXI əsrin müharibəsini apardı və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz tədris edilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, eyni zamanda, çox qısa müddətdə-cəmisi 44 gün davam edən hərbi əməliyyatlarda dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq.

Çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı ayrıca bir dastandır, Müzəffər Azərbaycan Ordusunun yazdığı bu dastan haqqında hələ çox danışılacaq. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına Şuşa azad edildi, düşmən diz çökdü, məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da geri aldıq”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda illərdən bəri ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladıqları statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən müasir texnika ilə təchiz olunan Azərbaycan Ordusu “Qlobal atəş gücü” indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı xeyli qabaqlayır. Hərbi kontingent, hava qüvvələri ilə təminat baxımından da Ermənistanı arxada qoyan ordumuzun əməliyyatlar zamanı mülki əhalini hədəfə almaması isə Azərbaycanın beynəlxalq hüquqa, multikultural dəyərlərə sadiqliyini, döyüş əməliyyatları zamanı belə humanizm prinsiplərini diqqətdə saxladığını göstərir. Bu gün biz bir xalq olaraq Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasından sonsuz qürur hissi keçiririk. Ordumuzun gücünün belə yüksək dəyərləndirilməsi təbiidir. Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan silahlı qüvvələri oğrular, əsgər yeməyini satanlar hesabına formalaşıb, fərarilərdən, qorxaqlardan ibarətdir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Dünya hərb tarixində görünməmiş qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərinin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqlədilər”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, 44 gündə Azərbaycan xalqı yeni tarix yazdı: “Bu tarixin hər bir səhifəsi gələcəyə işıq salır. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-abadlıq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdışı gözləyir. Amma bu sevincimiz bizə ermənilərin törətdikləri vəhşilikləri unutdurmamalıdır. Müasir dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alaraq təbliğat işimizi daha da gücləndirməli, erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə çatdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsi görməyən gözləri, eşitməyən qulaqları açsa da fürsət düşdükcə prinsiplərə sadiqlikdən yararlanaraq ikili yanaşmalarından maraqları naminə bəhrələnməyə çalışan dünyanın aparıcı dövlətləri hərdən bu yanaşmaların hansı ədalətsizliklərə, haqsızlıqlara yol açdığının fərqində olsunlar. Azərbaycan Vətən müharibəsinin gedişində də təzyiqlərə məruz qaldı, hətta bir çox ermənipərəst dünya gücləri tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gətirildi. Bu sanksiyaları tələb edən, eyni zamanda, bunun əleyhinə olub Azərbaycanı müdafiə edən dövlətlərə diqqət yetirməklə illərdir münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda bu dövlətlərə həvalə edilməsinə sadəcə təəssüf etmək olar”.

V.Rəhimzadə daha sonra bildirib ki, informasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq. Bu baxımdan ki, faktlar bura üz tutan hər kəsə eksponatlar vasitəsilə çatdırılacaq. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında qısa zamanda açıq səma altında salınan park həm insan amilinə verilən dəyərə uyğun olaraq vətəndaşlarımızın tarixin yeni səhifəsini öyrənmək üçün mənbə olacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ