şənbə günü, 03 oktyabr 2026
     

Şahbaz Quliyevlə Dilqəm Əsgərov erməni girovluğundan qayıdandan sonra bir-birinə düşmən kəsildilər - maraqlı hadisə…

Image


Şahbaz Quliyev: “Bir yerə çağırmırlar ki, oturaq, söhbət edək, görək Dilqəm nə istəyir?”
Dilqəm Əsgərov: “Bizim aramızda heç bir şey baş verməyib...”

2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra erməni girovluğundan azad edilərək vətənə gətirilən Dilqəm Əsgərov və Şahbaz Quliyev arasında qalmaqal və qarşılıqlı ittihamlar səngimək bilmir. Girovluqdan  qayıtdıqdan sonra D.Əsgərov və Ş.Quliyev bir-birinə düşmən kəsiliblər. Bunu son günlər KİV-də tərəflərin bir-birini ittiham edən açıqlamalarından da açıq görmək olar.  

Aprelin 12-də D.Əsgərov və Ş.Quliyevlə birlikdə Kəlbəcərdə ermənilər tərəfindən tutulan, sonra isə qətlə yetirilən Həsən Həsənovun doğum günü idi.  

Son günlər H.Həsənovun ermənilər tərəfindən hansı şəkildə qətlə yetirildiyi müzakirə edilir, D.Əsgərov və Ş.Quliyev olayla bağlı bir-birinə zidd, uyğun gəlməyən açıqlamalar verir, birinin dediyi digərinin dediyinin tamamilə əksi olur.

“Sfera.az” xəbər verir ki, “Moderator.az”ın əməkdaşı H.Həsənovun necə öldürülməsi ilə bağlı D.Əsgərova sual ünvanlayıb. D.Əsgərov deyib ki, bunu Şahbaz Quliyevdən soruşun və hətta əsəbləşib: “Allah Həsənə rəhmət eləsin. Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Ş.Quliyev yaxşı bilir. Bunu ondan soruşun. Şahbaz deyir ki, Həsən guya yaralı halda gəlib yanımdan keçdi. Haram olsun Şahbaza, o, nə üzlə Həsənin qəbrinin üstünə gedib? Mən Həsənin vurulduğunu görməmişəm. Mən indi Qubadayam. Çox təəssüf ki, Həsənin doğum günündə onun qəbrini ziyarət edə bilmədim”.

Ş.Quliyev isə bu barədə danışmaq istəmədiyini bildirib: “Dilqəm haqqımda nə deyir, özü bilər. İndi bu haqda heç nə danışmaq istəmirəm. Buna imkanım da yoxdur. Sonra nə vaxtsa görüşüb danışarıq”.

D.Əsgərovla Ş.Quliyevin arasında nələr baş verir, birlikdə erməni girovluğunda olan və sonradan ölkəmizə gətirilən bu iki şəxsin bir-birilə düşmən olmasının səbəbi nədir?

Əvvəlcə Ş.Quliyevlə əlaqə saxladıq və baş verənlərin və D.Əsgərovun ona yönəltdiyi “Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Ş.Quliyev yaxşı bilir” ittihamının səbəblərini və nə dərəcədə əsaslı olub-olmadığını soruşduq.

“O adam xəstədir, xəstələnib, dəlixanaya getməlidir…Vallah, mənim ona heç bir pisliyim dəyməyib. Məlumat vermək istəyirsinizsə, düzgün məlumat verin. Mən sizə deyim. Dünən Həsənin ildönümü idi, bir yoldaş kimi onun ildönümünə getmişdim. Nətəhər olmasa da, 26 gün onunla bir yerdə olmuşam. Yas yerinə getmişəm, başsağlığını verib evimə getmişəm, bir kəlmə danışmamışam. Yüz qram araq içib ağzına gələni danışır, heç bilmirəm ki, o nə deyir. Onun “Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Ş.Quliyev yaxşı bilir” ittihamını qəbul etmirəm. Çünki onların tutulması ilə mənim tutulmam arasında 8 gün fərq var. Həsənin necə öldürülməsini niyə məndən soruşurlar, Dilqəmdən soruşmurlar? Mən 2014-cü ilin iyul ayının 8-də ermənilərin əlində olmuşam, onlar iyulun 16-da olublar. Onlar ikisi oradan bir gediblər. Biz ayrı düşmüşük. Mən 8 gün onlardan tez tutulmuşam. Onlar bir gediblər, hara aparıldıqlarından mənim xəbərim olmayıb. Sonra Dilqəmi görmüşəm. Rəhmətlik Həsənin qardaşı deyib ki, guya bizə onun meyitini göstəriblər, amma doğru deyil. Mən onun meyitini görməmişəm, Dilqəmə göstəriblərsə, bilmirəm, çünki biz ayrı-ayrı olmuşuq”.

“Şahbaz müəllim, siz deyirsiniz ki, D.Əsgərovla ayrı düşmüsünuz. Bəs siz onunla nə zaman birləşmisiniz” sualına cavab olaraq Ş.Quliyev bildirdi ki, Bakıya gələndə: “Təyyarədən Bakıya düşəndə”. “Girovluqda olanda bir-birinizi görmürdünüz” deyə Ş.Quliyevdən soruşduqda o, “xeyr, görmürdük” cavabını verdi. Onların məhkəmələrdə yanaşı əyləşdirildikləri zaman burada aralarında hər hansı bir təmasın olub-olmadığını Ş.Quliyevdən soruşduqda o qeyd etdi ki, heç bir təmasa icazə verilməyib, hansı gün təmasa cəhdlər olubsa, ermənilər tərəfindən vəhşicəsinə döyülüblər: “Məhkəmədə bizim aramızda hərbçilər, vəkil və tərcüməçilər otururdu, bizə ağzımızı açıb danışmağa imkan verməyiblər. Ağzımızı açıb danışmaq istəmişiksə, axşam ermənilər tərəfindən qəddarlıqla döyülmüşük. Orada heç bir ünsiyyətimiz olmayıb. Heç orada Allahın suyunu istəməyə cürətimiz çatmayıb. Mən başa düşmürəm ki, Dilqəm nə istəyir? Bir yerə çağırmırlar ki, oturaq, söhbət edək, görək Dilqəm nə istəyir? Bəlkə sizi eşidər, dəvət edin, bir yerdə oturaq, danışaq, deyin ki, bilirik, sən Allahı tanımırsan, odu-alovu tanıyırsan, gəl birlikdə oturaq, danışaq, görək dərdin nədir, nə istəyirsən? Dərdini bilək, hamı bilsin ki, o nə istəyir?”.

“Şahbaz müəllim, siz deyirsiniz girovluqda ermənilər tərəfindən döyülmüsünüz, işgəncələr görmüsünüz, amma D.Əsgərov bunun əksini söyləyir...” - deyə bildirdikdə Ş.Quliyev: “Hə, o deyir ki, mənə şokolad yedirdiblər. Amma mən işgəncə görmüşəm, vəziyyətim göz qabağındadır, hazırda xəstəxanadayam, müalicə alıram. Qollarımı, qabırğalarımı qırıq-qırıq ediblər, dişlərimi kəlbətinlə çəkiblər, qılçalarım hələ tam sağalmayıb. Mən iki aydır Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında müalicə alıram. Bura heç kəsi buraxmırlar, hətta ailə üzvlərimi də. Burada çox yüksək səviyyədə müalicə alıram. Xəstəxanadayam, anam rəhmətə gedəndə çıxıb getmişəm, yasda iştirak edəndən sonra yenidən bura qayıdıb müalicəmi davam etdirirəm. Mən ölümdən qayıtmışam. Həkimlər məni yenidən həyata qaytardılar. Mənə bir dəfə cənab Prezident İlham Əliyev yaşayış verib, ikinci dəfə həkimlər. Dünən də rəhmətliyin ildönümü idi, Səbuhi müəllimgil zəng vurdu ki, ora gedirəm, qolumda şlanq ora getdim və sonra qayıtdım bura.

Mən D.Əsgərovla istənilən vaxt söhbətə hazıram. Onunla 1990-cı ildən yoldaşlıq edirəm və onun xasiyyətini bilirəm, “mənəm” deyib, özünü yekə göstərməyə çalışır...” cavabını verdi.

“D.Əsgərovla həmyerlisiniz” - deyə Ş.Quliyevdən soruşduqda o bildirdi ki, həmyerli deyillər: “Mən Tərtərdənəm, o, kəlbəcərli. Əslində, Kəlbəcərdən də deyil, hər kəsə bir söz deyir. Bu 30 ildə son 7 ili çıxmaq şərtilə onun hansı dinə qulluq etdiyini bilmirəm. Girovluqda onunla aramızda heç bir əlaqə, ünsiyyət olmayıb”.

Bir il Xankəndi, sonradan isə Şuşa türməsində saxlandığını deyən Ş.Quliyevin bu illər ərzində  D.Əsgərovla heç bir söhbəti olmayıb.

“Dilqəm müəllim, Ş.Quliyevlə aranızda nə baş verir, bu qarşıdurmanın səbəbi nədir” sualı ilə D.Əsgərova da müraciət etdik. D.Əsgərov da bildirdi ki, Ş.Quliyevlə aralarında heç nə baş verməyib. Yaşananlara aydınlıq gətirmək əvəzinə, D.Əsgərov jurnalistləri, mətbuatı ittiham etdi, o mətbuatı ki, hər zaman onu müdafiə edib, onun erməni girovluğundan azad olunması üçün mübarizə aparıb. “Bizim aramızda heç bir şey baş verməyib, aranı qatan jurnalistlərdir. Şahbazın başı işləmir, “nenormalnıy” adamdır, o, ruhi xəstədir. O jurnalistlər ki, var, arada gəzib, o deyəni, bu deyəni yazırlar, aranı onlar qatırlar. Heç nə yoxdur, aranı qatan siz jurnalistlərsiniz”.

“Dilqəm müəllim, jurnalistin işi sual vermək, hadisələri araşdırmaq, işıqlandırmaqdır, sizə Şahbaz müəllimlə aranızda baş verənlər və H.Həsənovun ölümü ilə bağlı sual verirlər, siz də deyirsiniz ki, “Həsənin necə öldürülməsini N.Paşinyanın dostu Ş.Quliyev yaxşı bilir”. Siz deyirsiniz, jurnalist də yazır” - deyə D.Əsgərova bildirdikdə o, uzun müddət susdu və əlaqəmiz kəsildi, ardınca cəhd etsək də, o, telefonu götürmədi. Odur ki, D.Əsgərovun Ş.Quliyevlə aralarında nə baş verdiyinə dair heç bir izahını, əsaslandırmasını öyrənə bilmədik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ