şənbə günü, 03 oktyabr 2026
     

Bakı və Ankaraya qarşı yenə ikili standart sərgiləndi – Ukraynaya dron satışına susqunluq, Azərbaycana isə...

Image


Son illərdə beynəlxalq miqyasda mövqeləri daha güclü hala gələn Azərbaycan və Türkiyəyə qarşı ikili standartların tətbiqinə hələ də son verilmir. Bu hal Kanadının timsalında yenidən özünü qabarıq büruzə verməkdədir.

Məlumatlara görə, Kanada NATO üzvü Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını dayandırıb. Bundan əvvəl bu ölkədə Kanada dron texnologiyasından Qarabağ mühariibəsində istifadə edilib-edilmədiyinə dair araşdırma aparılmışdı. Hələ sözügedən təhqiqatdan əvvəl, ötən ilin oktyabrında Türkiyəyə hərbi ixrac lisenziyalarının bəziləri ləğv edilmişdi. İndi Kanada tərəfi bildirir ki, Türkiyə Azərbaycana hərbi dronlarla dəstək verməklə həmin lisenziyaların şərtlərini pozub. Kanadanın xarici işlər naziri Mark Qarnu bu xüsusda bildirib: “Bu təhqiqat zamanı Türkiyəyə ixrac edilmiş Kanada texnolgiyasından Dağlıq Qarabağda istifadə edildiyinə dair sanballı sübutlar aşkar edilib. Buna görə mən 2020-ci ilin payızında dayandırılmış ixracın tam ləğv olunmasına qərar vermişəm”. Nazir bildirib ki, Kanada texnologiyalarından belə istifadə Türkiyənin müqavilə şərtlərini pozması kimi qiymətləndirilir. Qarnu vurğulayıb ki, bu qərar barəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıb və ona gələcəkdə müdafiə ixracı avadanlığından istifadə mexanizminə dair dialoq təklif edib.

Qeyd edək ki, Kanada tərəfindən tətbiq edilən qadağa hərbi avadanlıq və texnologiyaların ixracına dair 29 lisenziyaya şamil edilir. Bura Türkiyənin döyüş dronlarında istifadə edilən kameralar da daxildir. Kanadanın apardığı təhqiqat göstərib ki, Türkiyənin “Bayraktar TB2” dronlarının təsvirləmə və hədəfləmə sistemləri Kanadanın “L3Harris Wescam” şirkəti tərəfindən hazırlanır. Bu da qeyd olunur ki, Kanada kamera sistemi müstəsna olaraq Türkiyə dronlarında istifadə olunur, lakin sensorların Azərbaycana ixraçı üçün heç bir lisenziya verilməyib. Kanada bundan əvvəl, 2019-cu ildə Türkiyənin kürd qüvvələrinə qarşı şimali Suriyaya hərbi müdaxiləsi zamanı da hərbi avadanlıq ixracı lisenziyalarının dayandırlıması qərarı vermişdi. Həmin məhdudiyyətlər sonradan yumşaldılsa da, Qarabağ müharibəsinin gedişində yenidən sərtləşdirilib. Ekspetlər qeyd edir ki, burada yenidən ikili standartlara yol verilib. Ən azı o baxımdan ki, Türkiyə dronları hansısa qanunsuz fəaliyyətdə yox, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində istifadə edilib. Bu ərazi bütövlüyünü isə Kanada da tanıyır. Bu səbəbdən Kanada tərəfindən atılan addım ikili stnadartlardan başqa bir şey deyil.

Digər tərəfdən, Türkiyə “Bayraktar TB2” dronlarını Ukraynaya da satır. Amma “Bayraktar TB2” dronlarının Ukraynaya satılmasına görə Kanada hansısa irad bildirmir. Elə bu günlərdə Ukrayna müdafiə naziri Andrey Taran Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşündə "Bayraktar" PUA-larının tədarükünü, layihələrin inkişaf etdirilməsi məsələsini müzakirə edib. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu xüsusda məlumatında deyilir:"Nazirlər hərbi-texniki əməkdaşlığın ikitərəfli inkişafı məsələsini ayrıca müzakirə etdilər. Söhbət zamanı ötən ilin dekabrında imzalanmış "korvet" sinifli gəmilərin tikintisi, "Bayraktar" pilotsuz uçuş aparatlarının və hərbi sursatların tədarükü barədə müqavilələrin gerçəkləşdirilməsi, eləcə də digər, xüsusilə aviasiya sahəsində layihələrin inkişafı perspektivləri nəzərdən keçirilib". Qeyd olunur ki, Türkiyə və Ukraynanın müdafiə nazirləri müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafında irəliləyiş olduğunu vurğulayaraq, onların bundan sonra da dərinləşdirilməsi barədə razılığa gəliblər. Artıq rəsmi məlumatlara əsasən, Ukrayna Türkiyədən 6 ədəd “Bayraktar TB2” dronlarını alıb. Amma bu məsələdə yenə də Kanada susqunluq nümayiş etdirir. Halbuki, “Bayraktar TB2” dronlarının Azərbaycana satılması Kanadını heç bir əsas olmadan ciddi narahat edir. Elə bu da ikili standartların bariz nümunəsidir. Amma Kanada olmadan da Türkiyə “Bayraktar TB2” dronlarını istehsal etməyə davam edəcək. Dronları inkişaf etdirən Türkiyə Kanada, İsrail və ABŞ-a bağlı qalmaq istəmir və qabaqcıl texnologiyalara əsaslanan yeni cihazlar istehsal edir. Dron üzrə amerikalı hərbi mütəxəssis Daniel Qettinger müxtəlif növ aparatlar istehsal edən Türkiyənin bu sahədə getdikcə artan rolunu qeyd edir: “Türkiyə ordusunun PKK ilə mübarizədə tez-tez dronlardan istifadə etməsi onların istehsalına əhəmiyyətli təsir göstərib.

Ankara ABŞ-dan ilk PUA-larını məhz terrorçuluğa qarşı siyasəti çərçivəsində idxal edib. Türkiyə ABŞ-dan aldığı “GNAT 750” donlarının köhnəlməsinin ardınca, 2000-ci ildən etibarən İsrailə üz tutdu. Ancaq buradan alınan “Heron” tipli PUA-larla daima problemlər yaşanırdı. Bəzi dronlar qəzaya uğrayaraq yararsız hala gəldi, digərləri isə texniki səbəblər üzündən uça bilmədi. Buna görə “Heron”ların bir hissəsinin İsrailə qaytarılmasına qərar verildi. "Mavi Marmara" ilə bağlı 2010-cu ildə İsraillə yaşanan böhran və ABŞ Konqresində “Predator” və “Reaper” tipli dronların satışının bloklanması Türkiyəni daxili istehsalın inkişafına vadar etdi. TUSAŞ və “Baykar” şirkəti Türkiyənin aparıcı dron istehsalçılarıdır. PUA istehsal edənlər arasında həmçinin “Vestel” və STM şirkətləri də var. “Baykar”ın istehsal etdiyi “Bayraktar TB2” pilotsuz təyyarəsi ən yaxşı dronlardan biri kimi tanınır. Türkiyə onun istehsalını yalnız öz imkanları hesabına davam etdirmək gücündədir”. “Forbes” dərgisi isə yazır ki, Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistanın ordusunu məhv etmək üçün “Bayraktar TB2” pilotsuz təyyarəsi ilə yanaşı, İsraildən alınan “Harop”dan da istifadə edib: “Azərbaycan XXI əsrdə kiçik ölkələrin bərabərgüclü və ya daha güclü rəqiblər qarşısında qətiyyətlə üstünlük əldə etmək üçün bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə olduğunu qəti şəkildə sübuta yetirdi. Necə olur-olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ