“Sizi və Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə təbrik edirik. Bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Əminik ki, geri qaytarılmış torpaqlarımızda Sizin sayənizdə azad yaşayacağıq.
... Sizə olan inamımız, güvənimiz sonsuzdur. Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyir, "Vətən sağ olsun!" deyirik. Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini diləyirik. Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Biz - Şirvan şəhərinin idman ictimaiyyəti olaraq hər zaman Sizin və dövlətimizin yanındayıq. Dövlətimizin suverenliyi, bütövlüyü, inkişafı yolunda əlimizdən gələni etməyə hazırıq”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Şirvan şəhərindən Azərbaycanın Əməkdar məşqçisi Əhmədov Yunis İnqilab oğlu bildirib.
Baki-xeber.com