Gəncə şəhərindən Kərimov İkram Umud oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Mən hər zaman Sizin siyasətinizi dəstəkləmişəm. Siz 27 il həsrətində qaldığımız dədə-baba torpaqlarımızı özümüzə qaytardınız. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun nəsihətlərini, vəsiyyətini yerinə yetirdiniz.
…Sizə və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana çox minnətdaram. İndi çox rahatam, öz ata-baba yurdum olan Kəlbəcər rayonunun Ağyataq kəndinə qayıdacağam, atamın məzarını ziyarət edəcəyəm. Bir arzum da var, doğma kəndimə qayıdaraq Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayaqları altında qurban kəsim. Allah hər ikinizi qorusun. İnşallah, 100 illik yubileylərinizi Şuşada, Kəlbəcərdə qeyd edəsiniz.
…İstərdim ki, kəndimizdə yerləşən civə zavodunun fəaliyyəti tezliklə bərpa edilsin.
…Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, torpaqlarımızın azad olunması münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Daha bir arzum isə Sizə "Marşal" hərbi rütbəsinin verilməsidir” - deyə İ.Kərimov Prezident İlham Əliyevə müraciətində vurğulayıb.
Baki-xeber.com