“Bu məktubu yazmağı özümə mənəvi borc bildim. Sizin uzaqgörən siyasətiniz, rəşadətli Ordumuzun şücaəti, anaların duaları nəticəsində Zəfər Bayramını qeyd etmək nəsibimiz oldu. Bu Qələbə bizi bir daha birləşdirdi, həmrəy etdi. Qarabağ həsrəti ilə yanan ürəklərə sevinc bəxş etdi.
Əslən qarabağlı olmasam da, torpaqlarımızın işğaldan azad edildiyi gün sevinc göz yaşlarıma hakim ola bilmədim. Həmin vaxt gözümün qarşısına şəhid analarının həsrət dolu baxışları, şəhid atalarının o məğrur duruşları gəldi... Döyüşlər başlayan gündən etibarən hər kəs qarabağlı idi, hər kəsin duası bir idi... Qələbə bizimdir! Qarabağ Azərbaycandır! Başını dik tut şəhid anası! Şəhadətin mübarək igidlər! Yaşasın Azərbaycan xalqı! Yaşasın cənab Ali Baş Komandan!”
Bu fikirləri Abşeron rayonunun Masazır qəsəbəsindən psixoloq Əndəlifova Şəbnəm Elçin qızı Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com