Sərt karantin rejimi ilə əlaqədar qəzet yayımında çətinliklər yarandığı üçün ilin sonuna qədər digər mətbuat orqanları kimi “Bakı-Xəbər” qəzeti də bu ilin sonunadək çap variantını dayandırır və oxucularımızla kiçik bir dövr üçün yalnız PDF variantda görüşə biləcəyik.
Ölkədə pandemiya dövrü bitəndən və qəzet yayımı üçün obyektiv problemlər aradan qalxandan sonra “Bakı-Xəbər” qəzeti çapını yenidən bərpa edəcək.
Hələlik isə müvəqqəti olaraq “Bakı-Xəbər”in PDF variantı baki-xeber.com və Youtube kanalı öz fəaliyyətini davam etdirəcək.
Müvəqqəti olaraq ilin sonunadək “Bakı-Xəbər” qəzetini baki-xeber.com saytında “Bakı-Xəbər bu gün (PDF)” bölməsində izləyə bilərsiniz.