Nitsşe deyirdi: özün haqqında yaxşı sözlər eşitmək istəyirsənsə öl!
Amma səni ölüm də xilas etməyəcək, sən indi də lənətlənirsən, öləndən sonra da lənətlənəcəksən!
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri özünün Facebook səhifəsində Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan baş nazir Nikol Paşinyanın müharibədə ölənlərin dəfn olunduğu “Erablur” qəbiristanlığına gəlməsinə etiraz olaraq yazıb.
Nikol Paşinyanın ünvanına təhqiramiz ifadələr işlədən eks nazir öz statusunda ona həm də “məqsədinə çatdınmı” sualını verir. Qeyd edir ki, “vətən uğrunda” ölənləri hələ heç kim bu şəkildə təhqir etməmişdi.
“Erablur” bu gün erməni dövlətinin öldüyünün ifadəsi oldu” – deyə Arpine Ovannisyan sonda yazır.
SAMİRƏ