Şirvan şəhərindən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi, Əməkdar müəllim Mehran Əhmədqızı Prezident İlham Əliyevə müraciət edib:
“Sizi, Mehriban xanımı və bütün Azərbaycan xalqını Vətən müharibəsinin uğurla və ölkəmizin böyük Qələbəsi ilə başa çatması münasibətilə təbrik edirəm. Bu möhtəşəm Qələbə Azərbaycanın hər bir vətəndaşının ürəyini riqqətə gətirdi. Hamımız sevindik, fəxr etdik, qürurlandıq.
Biz Vətən müharibəsində böyük Qələbə əldə etdik. XXI əsrdə dünyanın heç bir yerində 44 gün ərzində belə böyük Qələbə əldə edən dövlət rəhbəri olmayıb. Çox arzu edirəm ki, bu rəşadətə görə "Generalissimus" rütbəsi təsis edilsin və bu rütbəni şərəflə daşımağa layiq olan əziz Prezidentimizə təqdim edilsin.
... Siz Qarabağ savaşında qazanılan Qələbə ilə Azərbaycanı bütün dünyada yüksək zirvələrə qaldırdınız. Bu Qələbə uzaqgörən siyasi xadim, qətiyyətli sərkərdənin dəqiq hazırladığı planların, düşmənə endirilən sarsıdıcı və sərrast zərbələrin, hərb tarixində xüsusi yeri olan əməliyyatların, əsgər şücaətinin, zabit cəsarətinin, general rəşadətinin, xalq-iqtidar birliyinin, xalqın Sizə əzəmətli dəstəyinin, böyük xalq məhəbbətinin, Sizin dərin zəkanızın, prinsipiallığınızın, peşəkarlığınızın nəticəsi idi.
2016-cı ildə Sizin tərəfinizdən "Əməkdar müəllim" fəxri adı ilə təltif edilmişəm. Buna görə də Sizə minnətdaram, hörmətli Prezidentimiz!
Daim varlıqlar aləminin sultanı və hökmranı, oxşarsız və bənzərsiz, izzət bəxş edən Allahın hidayətində olasınız! Uca Tanrı köməyiniz olsun”.
Baki-xeber.com