“Bütün müharibə veteranları, Qarabağ müharibəsi əlilləri adından Sizi, ulu öndər Heydər Əliyev siyasətinə inanan, Azərbaycanı sevən və onun daha da çiçəklənməsini istəyən hər kəsi ürəkdən təbrik edirik.
Qazanılan Qələbədə Sizin əvəzsiz xidmətlərinizi çox yüksək dəyərləndiririk. İstər hərbi sahədə, istərsə də diplomatik sahədə Sizin peşəkarlığınız ölçüyəgəlməz dərəcədə böyükdür.
Siz əsrlərdən bəri qələbə, zəfər həsrəti ilə yaşayan xalqımızın nisgilinə son qoydunuz. Bu hissləri bizə yaşatdığınıza görə Sizə minnətdarıq. Siz Azərbaycan xalqını yumruq kimi birləşdirdiniz və böyük Qələbəyə doğru apardınız. Azərbaycan xalqı və dövləti üçün yeni yol, yeni xətt müəyyənləşdirdiniz.
Bu Qələbə erməni faşizminin süqutunu qaçılmaz etdi, erməni separatizminin faciəsinə çevrildi, onların xain planlarının qarşısını aldı.
Bu Qələbənin qazanılması ulu öndərimiz Heydər Əliyev siyasətinin təntənəsi, XXI əsrin ən böyük sərkərdəsi kimi Sizin qələbənizdir.
Bütün Tovuz veteranları, Azərbaycan xalqı, dünya azərbaycanlıları adından Sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
Ulu Tanrıdan Sizə daimi uğurlar, daha böyük qələbələr, zəfərlər diləyirik”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Tovuz rayonundan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyev bildirib.
Baki-xeber.com