“Mənim 71 yaşım var. Əslən Gəncədən olsam da, 35 ildir Ukraynada yaşayıram. Bu məktubu yazmaqda məqsədim Sizi Qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdir.
Bu Qələbə ilə bizlərə sevinc bəxş etdiniz. Siz bizim doğma torpaqlarımızı, həm də burada kənd əhalisi tərəfindən mənə verilmiş "Qarabağ" ləqəbini özümə qaytardınız. Yaşadığım kənddə bu ləqəbə görə ermənilərin mənə irad tutaraq Qarabağın onların olduğunu bildirdikləri zaman mən Qarabağın nə vaxtsa mütləq yenidən bizim olacağını demişdim.
... Sizə cansağlığı, uzun ömür arzu edirəm. İndi tək arzum Azərbaycana gəlmək, Sizinlə görüşmək və birlikdə Ulu Öndərin məzarını ziyarət etməkdir. Allah atanıza rəhmət eləsin, qəbri nurla dolsun”.
Bu fikirləri Ukraynanın Yaqotinsk rayonundan İmamvediyev Telman İsrail oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com