“Bir səhər televiziyadan Qələbə xəbərini sevinc göz yaşları içində dinlədim. Sizi, xalqınızı və ordunuzu bu böyük Qələbə münasibətilə təbrik edirəm.
Uzun illərin işğalına son qoydunuz, vaxtilə Qarabağda mülki əhalinin çəkdiyi işgəncələrin və şəhidlərin qisasını aldınız, torpaqlarınızı azad etdiniz. Allahın köməyilə bu işin öhdəsindən gəldiniz.
Bu, Sizin təkcə ermənilərlə apardığınız mübarizə deyildi, həm də onların havadarlarına qarşı mübarizə idi.
Atatürkün dünyaya göstərdiyi zəfəri bir daha Siz nümayiş etdirdiniz. Buna görə Sizi ürəkdən təbrik edirəm.
Yağı düşmənin qarşısında bundan sonra da dik dayanmaq üçün Azərbaycana iqtisadi, sosial, mədəni və hərbi sahələrdə daha da güclənməyi arzu edirəm.
Azərbaycandan Türkiyəyə quru yolu ilə dəhlizin açılmasına böyük önəm veririk.
Bir daha Sizi və ordunuzu təbrik edir, ehtiramımı bildirirəm”.
Bunu Türkiyə Respublikasının Adana şəhərindən Mehmet Maşuk Çetin Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com