şənbə günü, 10 oktyabr 2026
     

Ermənilər Pənahəli xanın qalasının yerində mifik Tiqranakert şəhəri “saldılar”...

Image


İşğal dövründə ermənilərin ən dəhşətli vandalizm aktları törətdikləri ərazilərimizdən biri Ağdamdır. Artıq Ağdam da, digər rayonlarımız kimi, işğaldan azad olunub. Məlum olduğu kimi, Ağdam işğalda olduğu  dövrdə erməni arxeoloqu Hamlet Paqosyanın rəhbərliyilə burada qanunsuz arxeoloji qazıntılar aparılıb.

Mifik “Tiqranakert” axtarışında olan Paqosyan və onun dəstəsi bu şəhəri tapmaq üçün Ağdamın Şahbulaq qalasının ətrafını tamamilə dağıdıb, viranə qoyub. Məsələ burasındadır ki, Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma “Tiqranakert” adlı muzey yaradıblar.

Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.

Ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar. Muzeyin inventarı dağıdılıb, binaya zərər vurulub.

Muzeydə XI-XII əsrlərə və daha qədim dövrlərə aid eksponatlar olub. Bunu muzeyin ərazisində qalan kiçik kağız lövhələrdən də görmək olur.

Qeyd edək ki, ermənilərin “Tiqranakert” adlandırdığı yer Şahbulaq ərazisindəki qədim şəhər qalıqlarıdır ki, onlar bu xarabalıqların həmin mifik şəhər olduğunu iddia edirlər.

Məsələ burasındadır ki, ermənilər Ağdamı tərk edərkən Şahbulaq qalasına aid bütün eksponatlarla yanaşı, qanunsuz arxeoloji qazıntılar nəticəsində əldə etdikləri materialları da İrəvana daşıyıb aparıblar.

Arxeoloqlar hesab edirlər ki, ermənilərin oğurlayaraq apardıqları bu eksponatların geri qaytarılması prosesi baş verməlidir. Ermənilərin Şahbulaq qalasında və onun ətrafında apardıqları qanunsuz arxeoloji qazıntılardan əldə etdikləri sərvətləri sərgiləmək üçün “Tiqranakert” muzeyi yaradıblar.

Arxeoloqlar  bizimlə söhbətdə bildirdilər ki, erməni alimləri hələ Sovet dövründən Qarabağ ərazisində “qədim erməni şəhərləri” axtarıblar, lakin onlar belə bir şəhər aşkarlaya bilməyiblər. Buna baxmayaraq, onlar özlərindən sonra bir sıra axtarış planları qoyublar ki, gələcək alimlər “bu şəhərləri axtarıb tapsınlar”. Alimlər deyirlər ki,  Qarabağ ərazisində aşkarlanan şəhər qalıqlarının, kurqanların, maddi mədəniyyət abidələrinin hamısı Azərbaycan xalqına aiddir. Alimlərimizin fikrincə, o vaxt erməni alimləri də bilirdilər ki, Qarabağda, bütövlükdə isə Qafqazda  “qədim erməni şəhəri” axtarmaq faydasızdır, lakin onlar buna baxmayaraq, özlərindən mifik şəhərlər, ərazilər “yaradırdılar”.

  • “Erməni tərəfi həmin ərazidə qanunsuz qazıntı işləri aparıb, aşkar olunmuş tikinti qalıqlarının görünüşünü dəyişib”

4-6 dekabr tarixlərdə Ağdam və Xocavənd rayonlarına bir qrup tədqiqatçı alimlə birlikdə səfər edən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov baki-xeber.com-a bildirdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisinin işğalı zamanı Azərbaycan xalqına məxsus çoxsaylı tarixi abidə məhv edilib. “Demək olar ki, bütün məscidlər dağıdılıb, qədim alban kilsələrində isə onların erməni abidəsi kimi təqdim edilməsi üçün saxtalaşdırma - “bərpa” işləri aparılıb”.

Rizvan Hüseynov qeyd edib ki, səfərin əsas məqsədi 30 ilə yaxın müddətdə işğalçıların həyata keçirdikləri saxtakarlıqları aşkar etmək, mədəni irsimizin hazırkı vəziyyətini öyrənməkdir: “Azərbaycan ərazisində mövcud olan bütün mədəni irs nümunələri xalqımıza məxsusdur. Bura həm müsəlman, həm də xristian dini abidələri daxildir. Ona görə ki, bu yalnız dini deyil, həm də mədəni irsdir. Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyilə Ağdam və Xocavənd rayonlarının ərazilərində olduq. Səfər çərçivəsində Qarabağ xanlığının yaradıcısı və ilk hökmdarı Pənahəli xan tərəfindən inşa etdirilən Şahbulaq qalasına, habelə ermənilərin bu tarixi abidədən bir qədər aralıda qanunsuz olaraq apardıqları arxeoloji qazıntı işlərinin görüldüyü əraziyə də baş çəkdik. Baxış zamanı Şahbulaq qalasının orijinal şəklində qorunub saxlanmadığı, işğalçıların bu tarixi abidə üzərində də saxtakarlıq etdiyi ortaya çıxıb. Onlar Şahbulaq qalasını “bərpa” edərək muzey kompleksinə və Şərq memarlığı kimi stilizə edilmiş həyətyanı bir restorana çevirərək istifadə ediblər. Bərpa işləri adı altında müasir avadanlıqlarla kəsilmiş daşlardan, beton, sement qarışığından istifadə olunub. Eyni zamanda, yaxınlıqda Şahbulaq qalasına aid tikililərin qalıqları var. Erməni tərəfi həmin ərazidə qanunsuz qazıntı işləri aparıb, aşkar olunmuş tikinti qalıqlarının görünüşünü dəyişib, yeni bir memarlıq görünüşü verərək köhnə elementləri yeniləri ilə əvəz edib. Beləliklə, guya antik dövrə aid bir şəhərin – “Tiqranakert” adlandırdıqları şəhərin qalıqlarını ortaya çıxarıblar”.

Rizvan Hüseynov bildirir ki, bu yerin nəinki uydurma “Tiqranakert”lə, heç antik dövrlə əlaqəsi yoxdur: “Ermənilər isə hətta antik dövrdə xristianlıqda mövcud olmayan xaç qoymağı “bacarıblar”. Əvvəllər qübbəli, Şərq memarlıq üslubuna sahib olan kiçik binalardan birini dağıdaraq divarları erkən xristian kilsəsi olaraq göstərməyə çalışıblar. Ancaq qeyd etdiyim kimi, bu, Şahbulaq qalası yaxınlığındakı digər tikililərin xarabalıqlarıdır”.

Mütəxəssis işğal altında saxlanmış ərazilərdə Qafqaz Albaniyası dövrünə aid olan dini abidələrin əksəriyyətinin erməni məbədlərinə və monastırlarına çevrildiyini deyir: “İslam dininə məxsus irs nümunələri tamamilə məhv edilib. 67 məsciddən 63-ü tamamilə dağıdılıb, Ağdamın mərkəzində yerləşən Cümə məscidi və digər məscidlərimizdən tövlə kimi istifadə olunub. Pravoslav kilsələri də eyni aqibəti yaşayıb. Xocavənd bölgəsindəki Kuropatkino kəndində vaxtilə molokan ruslar yaşayıblar. Müharibə zamanı kənd ermənilər tərəfindən işğal edilib, rus əhalisi qovulub və XIX əsrin sonlarına aid kilsə dağıdılıb. İndi kilsənin fasadının yalnız bir hissəsi qalıb”.

Rizvan Hüseynov Ermənistan Respublikası tərəfindən beynəlxalq hüquqa, müvafiq konvensiyalara zidd olaraq zəbt etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı və bərpa işlərinin müharibə cinayətləri olduğunu bildirir: “Təəssüf ki, bu qanunsuz arxeoloji qazıntı və tədqiqat işlərində müxtəlif xarici ölkələrin mütəxəssisləri də iştirak ediblər. Xocavənd rayonu ərazisində yerləşən Azıx mağara düşərgəsində aparılan qazıntılar da bu qəbildəndir” - deyə mütəxəssis qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ