Dağlıq Qarabağda böyük bir məğlubiyyətə uğrayan Ermənistan Baş naziri Paşinyan məğlubiyyəti qəbul etdiyini açıqlayıb. Paşinyan, “Hamımız üçün çox çətin bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin sona çatması üçün bir anlaşma imzaladım" deyib.
Paşinyanın açıqlamasından narazı olan ermənilər isə İrəvanda onun istefası tələbi ilə küçələrə çıxıblar. Dövlət binalarını hədəf alan etirazçı ermənilər hökumət binasına da basqın ediblər. Binaya daxil olublar və iclas zalını darmadağın ediblər. Onlar hökumət binasında baş naziri axtarırlar.
"Mən oğlanların necə öldüyünü gördüm və sən harasa qaçacağını düşünürsən, xain?" – deyən etirazçılar onu ölkəyə xəyanət etməkdə günahlandırırlar.
İrəvanda etirazçılar avtomobilləri dağıtmağa başlayıblar.