Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Bu barədə baki-xeber.com-a Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, noyabrın 10-u düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 00 radələrində Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.