“Mən, Nina Ömərova Borçalıdan Sizə təbrik mesajımı çatdırıram. Azərbaycan xalqını və dünya azərbaycanlılarını Şuşanın alınması münasibətilə təbrik edirəm. Biz inanırdıq ki, Siz bu şanlı vəzifəni uğurla yerinə yetirəcəksiniz. Siz tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdiniz.
Biz, Borçalıda yaşayan azərbaycanlılar olaraq hər sevincinizə şərikik. Fəxr edirik ki, biz azərbaycanlıyıq!”
Bu fikirləri Gürcüstan Respublikasının Marneuli rayonunun Bəytərəfçi kəndindən Nina Ömərova Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com