“Krişna təliminin əsası olan qədim Veda fəlsəfəsi hər bir canlının Tanrının hissəsi kimi müqəddəs və buna görə də həyat hüquqlu olduğunu öyrətsə də, torpağa, icmaya, ailəyə təcavüz edən kəslərin qanının tökülməsini ədalətli sayır. Odur ki, bu gün Azərbaycan xalqının öz qanuni torpaqlarının qaytarılması uğrunda apardığı uğurlu hərbi əməliyyatlar haqq müharibəsi olmaqla yanaşı, açıq və gizli düşmənlərimizin ədalət qılıncı qarşısında verdiyi cavabdır.
Azərbaycan Krişna təlimi ardıcılları arasında hələ Birinci Qarabağ Müharibəsinin iştirakçıları az deyil. Onların əksəriyyəti həmin dövrlərdə orduya könüllü olaraq qoşulmuşdular. İndiki əməliyyatlarda iştirak edən üzvlərimiz də bizim xüsusi qürur mənbəyimizdir. Bizim təlimin əsası olan qədim Bhaqavad-gitada deyilir: “Tanrı insan cəmiyyətində ölkə rəhbərinin simasında təmsil edilir və o, Tanrının iradəsini yerinə yetirir”.
Bizim Cəmiyyətin ölkəmizdə mövcud olmasının hüquqi səbəbi Heydər Əliyevin və Sizin dinlər və xalqlar arasında fərq qoymayan humanist-multikultural dünya görüşünüzdür. Düşmənin bəsit düşüncəsi isə özünü 1990-cı illərdə yerli Krişna Cəmiyyətinə barbarcasına hücumunda da göstərib.
Biz Sizin idarəçilik məharətinizi öz dini-ictimai həyatımızda da görürük - Bakı Krişna Şüuru İcması xalqımıza xidmət edərək, genişlənir və dövlət tərəfindən qorunur.
Qələbə bizimlədir!
Biz xalqımızla, Vətənimizlə, dövlətimizlə və Sizinləyik”.
Bunu Bakı şəhərinin Nizami rayonundan Bakı Krişna Şüuru Dini İcmasının Şurası adından Əliyev Rauf, Əliyev Ramil, Ramazanov Əziz və başqaları Prezident İlham Əliyevə müraciətlərində qeyd ediblər.
Baki-xeber.com