“Torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi istiqamətində verdiyiniz qətiyyətli, eyni zamanda məsuliyyətli qərarlarınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.
Bir neçə il bundan qabaq Cey Bakuri təxəllüsü ilə yazdığım “Zaman ənginliyinin missiyası” əsərində İlham adlı qəhrəmanım qara qüvvələrlə savaşır. Əsər fantastika janrında olsa da, mən əsəri yazarkən Sizi düşünmüşəm, cənab Prezident. Əsərin qəhrəmanı xalqımızı qara qüvvələrdən xilas edir. Mənim əsərim indi öz reallığını yaşayır. Rəşadətli ordumuzun Ali Baş Komandanı kimi Siz işığın tərəfindəsiniz, qara qüvvələri məhv edirsiniz, onları torpaqlarımızdan qovursunuz. Ermənistan həqiqətən də dünyanın qara hissəsidir.
... Siz öz xalqınızın vətənpərvər oğlusunuz. Siz hər zaman xalqın yanındasınız. Siz qələbənin və dövlətimizin inkişafının qarantı kimi hər zaman öndəsiniz.
Sizə uzun ömür, cansağlığı arzu edirəm. Siz xalqımızı işıqlı gələcəyə aparırsınız.
Allah Sizi qorusun! Qarabağ Azərbaycandır!”
Bu fikirləri Almaniya Federativ Respublikasının Berlin şəhərindən Məmmədov Ceyhun Çingiz oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edib.
Baki-xeber.com