Özbəkistan Respublikasının Daşkənd şəhərindən Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının (AMMA) fəxri sədri Ağatalıbov Akif Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Siz Azərbaycan Respublikasının Prezidenti olaraq Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırdınız və hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışdınız.
Pandemiyaya baxmayaraq, 2020-ci ilin 27 sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətinə hücum edib və cəbhə boyu yenidən təxribatlar törədib. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. Özbəkistanda yaşayan soydaşlarımız da Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pisləyiblər. Ali Baş Komandan olaraq Sizin qətiyyətli çıxışlarınızdan və qələbəyə doğru atdığınız addımlardan mənəvi güc alırıq. Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda zəfər Qələbənizlə adınız Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək. Bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq bizə böyük sevinc yaşadırsınız. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Sizi özünə lider bilir.
30 ildən artıq Özbəkistanda yaşayan diaspor rəhbəri olaraq əminliklə bildirirəm ki, soydaşlarımız Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər. Biz istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib ölkəmizin həqiqətlərini Orta Asiya respublikalarına çatdırmışıq. Özbəkistanda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, azərbaycançılıq ideyasının, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görmüşük. Bu gün də Vətənim Azərbaycan üçün əlimizdən gələni etməyə çalışırıq. Şəxsən mənim 62 yaşım olmasına baxmayaraq, Sizin Ali Baş Komandan olaraq əmrinizlə Qarabağ uğrunda savaşa gedib Vətənimi qorumağa hazıram”.
Baki-xeber.com