Bakının Qaradağ rayonundan məhkum Kulyasov Vadim Vitalyeviç Prezident İlham Əliyevə müraciət edib.
“Mən könüllü olaraq Vətən Müharibəsində iştirak edib, igid əsgərlərimizlə çiyin-çiyinə vuruşmaq istəyirəm. Bu Vətən bizim və əcdadlarımızındır.
Sizin komandanlığınız altında şanlı Azərbaycan Ordusu şücaətlər edərək bizə hədsiz sevinc hissi bəxş edir. Bu münasibətlə Sizi və doğma hərbçilərimizi ürəkdən təbrik edirəm.
...Mən milliyyətcə rusam. Mən və əcdadlarım da bu torpaqda doğulub, yaşayıblar. Azərbaycanda təkcə ruslara deyil, Vətənimizin digər vətəndaşlarına da milli, irqi, etnik ayrıseçkilik qoyulmadan necə isti münasibətin olduğunun həmişə şahidi olmuşam. Siz həmişə çətin vaxtlarda bizim yanımızda olmusunuz. Mən də, öz növbəmdə, Vətənimin belə şərəfli günündə ona dayaq durmaq, onu qorumaq, xalqıma gərəkli olmaq arzusundayam.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” - deyə müraciət müəllifi bildirir.
Baki-xeber.com