30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
O bildirib: “Hətta kərpic və daş da talan edilib. Tezliklə, Ermənistanın törətdiyi bu cür dağıntılar geri qayıdan məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti və inşaatla əvəz olunacaq”.