Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Rusiya Ermənistanı güclü Azərbaycan Ordusu qarşısında yalqız buraxır...

Image


Iki il əvvəl Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra bu ölkənin Rusiya ilə münasibətlərində problem olacağına dair verilən proqnozlar artıq müxtəlif misallar fonunda özünün tam təsdiqini tapmaqdadır. Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya ilə hakimiyyəti dövründə münasibətlərinin normal olduğunu iddia etsə də, reallıq tamam əks mənzərəni göstərir.

Əvvəla, faktdır ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiyaya bağlı qüvvələrin burada sıxışdırılmasına başlandı və proses hələ də davam edir. Ikincisi, Moskvanın istəyiniun əksinə olaraq, Qərbə bağlı qurumların Ermənistanda fəaliyyətinə lazımı şərait yaradıldı. Üçüncüsü, hakimiyyətə daha çox “Sorosun uşaqları” kimi tanınan çoxsaylı Qərbə bağlı adamlar yerləşdirildi. Dördüncüsü, xarici siyasətdə İrəvan Kremlə zidd mövqe sərgiləməyə, Rusiyanın patronajlığı altlnda fəaliyyət göstərən qurumları tənqid hədəfinə çevirməyə başladı. Beşincisi, rus hərbi bazalarının Ermənistandan çıxarılması məhz Paşinyan dönəmində aktullaşdırıldı və məsələ indi də gündəmdən çıxmayıb. Altıncısı, Rusiya şirkətləri bu gün də Ermənistanda sıxışdırılır. Bunlar fonunda daha bir addım isə artıq Rusiya telekanalları ilə bağlıdır. Paşinyanın hakimiyyətinin ilk günlərindən Ermənistanda yayımlanan Rusiya telekanallarına yönəlik tənqidlər artır. Erməni mediası hesab edir ki, sözügedən telekanallar ölkənin milli maraqlarına zidd mövqe sərgiləyir və buna qarşı cavab tədbirləri görülməlidir. İndi görünən budur ki, Nikol Paşinyan hakimiyyəti artıq bu tədbirləri görməyə başlayır. Ermənistan parlamentində artıq ilk oxunuşdan keçən yeni qanun Rusiya kanallarının bu ölkədə yayımının artıq müşkül olacağını deməyə əsas verir. Yeni qanuna əsasən, Rusiya kanalları dövlətlərarası razılaşmalar əsasında Ermənistanda yayımlana bilər. Bundan əlavə, onların kontenti erməni dilinə dublyaj olunmalı və yaxud subtitrlərlə verilməlidir. Baş verənlərlə ilgili "Kommersant” qəzeti yazır ki, qanun iyul ayında qəbul oluna və 2021-ci ildən qüvvəyə minə bilər. Bildirilir ki, "Audiovizual media haqqında” qanun layihəsinə əsasən, xarici televiziya kanallarının multipleksdə, yəni şərti antenna ilə ölkədə mövcud olan paketdə yayımı məhdudlaşdırılır. Sənəd ilk oxunuşdan keçdikdən sonra Rusiya səfirliyi özünün "facebook” səhifəsində buna münasibət bildirib. Rusiya diplomatik nümayəndəliyi yeni qanunun Rusiya televiziya kanallarının respublikada yayımının taleyinə birbaşa təsir edəcəyini etiraf etmək məcburiyyətində qalıb. "Yeni şərtlər daxilində xarici yayımçılar – söhbət ilk növbədə Rusiya telekanallarından gedir, – dövlət multipleksində yalnız dövlətlərarası razılaşma əsasında yayımlana biləcək. Yəni oyunun yeni qaydalarını razılaşdırmaq lazımdır və onları Ermənistan tərəfi təklif edəcək. Rusiya tərəfi dəfələrlə müvafiq dialoqa hazır olduğunu bildirib”. Bundan əlavə, rusiyalı diplomatlar sənədin "dil təhlükəsizliyi” kimi bir müddəasını şərh ediblər. "Başa düşdüyümüz kimi, xarici dildə olan media məhsulunun erməni dilinə dublyajı və ya altyazı ilə məcburi müşayiəti tələb olunur”, – deyən Rusiya səfirliyi bildirib ki, rəsmi statusunun olmamasına baxmayaraq, rus dili bu günə qədər Ermənistanda xarici dildən daha böyük rol oynayır.

Hakim "Mənim addımım” blokundan olan deputat Vahan Tevosyan isə səfirliyin məsələyə bu yanaşmasından narazıdır və yeni qanunda heç bir siyasi komponent görmür. Televiziya və Radio üzrə Milli Komissiyanın sədri Tiqran Hakobyanın xarici televiziya kanallarının multipleksdə olmasının "Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratdığını” iddia edib. Erməni siyasi ekspert Aram Amatuni isə qeyd edir ki, Moskva kanallarına qarşı İrəvanın addımlarını bağışlamayacaq və baş verənləri Ermənistanın Rusiyadan uzaqlaşması kimi dəyərləndirir: “Rusiya səfirliyinin xarici televiziya kanallarının ictimai multiplekslərlə yayımlanması ilə bağlı yeni qaydalar haqqında müddəanı özündə əks etdirən, ilk oxunuşda qəbul edilən Ermənistanda audiovizual medianın yayımına dair qanun layihəsinə dair açıqlaması Ermənistandakı daxili siyasi qarışıqlıq fonunda bir qədər “səssiz” qarşılandı. Yeni qaydaya görə, xarici televiziya şirkəti Ermənistan dövlət multipleksində yayım hüququnu yalnız bununla bağlı dövlətlərarası razılaşma olduqda əldə edə bilər. Başqa sözlə, Amerika və ya Avropa, yaxud Rusiya telekanalları yayımlanırsa, bu yalnız Ermənistan-Amerika və ya Ermənistan-Aİ, yaxud Ermənistan-Rusiya dövlətlərarası sazişi olduqda mümkündür. Bu, məsələn, Ermənistanda yayımlanan Rusiya dövlət televiziya kanalının, Ermənistanın dövlət maraqlarına, təhlükəsizliyinə, dövlət ləyaqətinə xələl gətirən, məzmuna zidd olan hər hansı bir veriliş yayımlayacağı təqdirdə dövlətlərarası sazişin kobud şəkildə pozulması deməkdir və beləliklə də Ermənistan bu məsələni qaldırmaq üçün qanuni əsaslarla əsaslandırılmış bir hüquqa sahib olacaq. Rusiya səfirliyi məhz bu yeni tənzimləmə qaydalarına işarə edərək, bunun yeni oyun qaydaları olduğunu vurğulamışdı. Səfirlik qeyd edir ki, Moskva yeni qaydaları müzakirə etməyə hazırdır. Bütün məqam budur ki, Kreml Ermənistana narazılığını bildirir. Bu durumda sabah Moskvada qərara gələ bilərlər ki, erməni işçilər divar hörmək, dam bağlamaq və asfalt çəkmək üçün rus dilindən imtahan verməlidir. Bütün bunlar kədərli bir şəkildə köhnə və ağrılı proseslə davam edir. Bütün bunlar kədərli bir şəkildə ifadə edir ki, rus dövlət elitası Ermənistanla hörmətlə davranmaqda, normal dövlətlərarası münasibət qurmaqda acizdir, incə təhdid dilindən başqa heç bir dil bilmir. Rusiya özündən zəif olan hər kəslə, qarşı tərəfin zəif olmadığını görəndə dəyişən, özündən güclü olmadığı təqdirdə, ən azı zəif olmadığını düşünən hər kəslə belə davranır. Bunlar Ermənistana baha başa gələcək. Yaxın tezlikdə iqtisadiyyatdan tutmuş, Dağlıq Qarabağ münaqişəsinə qədər yeni təzyiqlərin şahidi olacağıq”.

Bu vəziyyətdə artıq Rusiya iqtisadi təzyiqləri işə salıb. Belə ki, tam Rusiyaya məxsus olan “Qazprom Ermənistan" şirkəti işçilərin əmək haqqını 20 faiz azaldıb. “Past” nəşri yazır  ki, bu hadisə işçilər arasında böyük narazılığa səbəb olub.  “Qazprom Ermənistan" QSC-nin İdarə Heyətinin sədri Qrant Tadevosyan 1000 əməkdaşı ixtisar etmək məcburiyyətində qaldıqlarını bildirir. Onun sözlərinə görə, ixtisarların səbəbi Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının yeni təsdiq etdiyi tariflər olub. Tadevosyan deyib ki, ixtisarlara əlavə olaraq, əmək haqlarının azalması da gözlənilir. Şirkət artıq bütün işçilərini əmək müqaviləsinin xüsusi versiyasını imzalamağa məcbur edib, buna əsasən onlar maaşların 20 faiz azaldılmasına razılıq veriblər. Bununla belə, işçilər arasında ciddi narazılıq yaşanır. Ermənistana satılan qazın qiymətində də artım gözlənilir. Dağlıq Qarabağ məsələsində isə Rusiya tam neytral qalaraq, bu ölkəni Azərbaycanla savaşda yalnız buraxmağı düşünür. Bu halda qısa müddətdə Azərbaycan zəbt edilmiş ərazilərin böyk bir hissəsini azad edə bilər ki, bu hal Paşinyan iqtidarı üçün ciddi zərbə sayıla bilər.  

Tanınmış israilli ekspert Arye Qut isə belə bir savaşı istisna etmir:“Artıq 28 ildir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu da daxil olmaqla 20 faiz ərazisini işğal altında saxlayır. Mübahisəsiz və beynəlxalq səviyyədə qəbul edilən faktdır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Ermənistanın bu təcavüzü nəticəsində ölkədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 28 il bundan öncə qəbul edilmiş qətnamələri yerinə yetirilmirsə, o zaman Cənubi Qafqaz regionunda silahlı münaqişələr davam edəcək”.

Qutun fikrincə, rəsmi Bakı artıq çoxdan eyhamla bildirib ki, Ermənistanın bu münaqişədə indiki statusu qəbuledilməzdir. “ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın peşəkar ordu yaratması, Prezident İlham Əliyev isə müasir dünya nizamında ordunun rolunun gücləndirilməsi barədə bəyan edirsə, o halda Azərbaycan ordusu tərəfindən döyüş əməliyyatlarının başlanması ehtimalı kifayət qədər yüksəkdir və praktik olaraq gündəlikdə durur. Azərbaycanın özünün müasir və kifayət qədər peşəkar silahlı qüvvələrindən istifadə etməsində məqsəd tamamilə aydındır və dünyada hər kəsə məlumdur – Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi. Həm də rəsmi Bakı, beynəlxalq hüquq normalarına müvafiq olaraq, nəinki özünü müdafiə etmək, həmçinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi hüququna da malikdir. Əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə bugünkü qəddar reallıq dünya arenasında beynəlxalq hüquq amilinin deyil, güc amilinin daha effektli təsir göstərdiyini sübut edir. Əfsuslar olsun ki, Nikol Paşinyan və onun müdafiə naziri David Tonoyan kimi küçədən gəlib “meydan oxuyan” populistlər, əslində başa düşmürlər ki, müasir Azərbaycan ötən əsrin 90-cı illərinin sonunda olan ölkə deyil. Hazırkı Azərbaycan – Cənubi Qafqazda baş verən geosiyasi proseslərin lideridir, onun öz əzəmətini nümayiş etdirmək üçün həqiqət anını gözləyən güclü və möhkəm ordusu var. Hamı gözəl başa düşür ki, dilənçi, yoxsul vəziyyətində olan, heç bir perspektivi olmayan Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənməkdədir”.  Məhz bu vəziyyətdə Rusiyanın Ermənistanın arxasındanm çəkilməsi Qarabağ məsələsində yeni bir vəziyyət yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ