12/07/2020 07:19
728 x 90

Ordubadın Yuxarı Əndəmic kəndindən də Prezidentə məktub gəldi...

img

“Dünya ölkələrini təşvişə salan, dövlətləri müflisləşmə həddinə qədər gətirib çıxaran COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi fəsadların qarşısının böyük ölçüdə alınması Sizin uzaqgörənliyinizin, yüksək idarəçilik qabiliyyətinizin, yeritdiyiniz düzgün siyasətin nəticəsidir. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Bu hadisələrin baş verdiyi dövrdə xalqımızın rifahı naminə görülən tədbirlər, atılan addımlar xalqımız tərəfindən yüksək qiymətləndirildi. Ümummilli lider Heydər Əliyev kimi, Siz də Azərbaycan xalqını təhlükəli vəziyyətlərdən qəhrəmancasına xilas edirsiniz.

Koronavirusa yoluxmanın aşkar olunduğu ilk vaxtdan etibarən xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız xalqa verdiyiniz dəyərin təzahürüdür. Eyni zamanda, karantin qaydalarına xalqımızın mütləq əksəriyyətinin əməl etməsi xalqın dövlətə bağlılığının göstərisidir”.

Bunu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən Mütəllimzadə Mütəllim Şəmil oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.

M. Mütəllimzadə, həmçinin, qeyd edib ki, xalqımızın bu çətin sınaqdan xilas olunması üçün gördüyü  tədbirlərə görə Prezident İlham Əliyevə öz adından və ailəsi adından təşəkkür edir. “Əzəli torpaqlarımızın qaytarılması uğrunda apardığınız mübarizədə Sizin siyasətinizi hər zaman dəstəkləyir, dövlətimiz, dövlətçiliyimiz, xalqımız uğrunda hər bir tapşırığa hazır olduğumu bildirirəm” - deyə müraciət müəllifi vurğulayıb.

Baki-xeber.com

Son xəbərlər