Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyanın dayanacaq yeri qalmadı – artıq kilsə də ona qarşı aktiv fəaliyyətə başladı...

Image


“Qarabağ klanı”nın Ermənistanda revanşa hazırlaşdığı bir vaxtda ölkədə diqqət çəkən daha bir hadisə kilsə ilə bağlıdır. Məsələ burasındadır ki, hazırda kilsə də baş nazir Nikol Paşinyanın əsas əleyhdarları sırasında yer alır və ona qarşı indi daha aktiv fəaliyyətə keçir. Hətta erməni diasporunun indiki hökumətə qarşı daha effektiv təşkilatlanmasında kilsə birbaşa koordinasiya işləri həyata keçirməyə çalışır.

Bütün bunların əsas səbəbi odur ki, Paşinyan iqtidara gələndən sonra Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında kəskin münaqişə yaranmağa başladı. Paşinyandan əvvəlki rejimlə dərin əlaqələrə malik olan kilsə xadimlərinin siyasi və iqtisadi dayaqlarının Paşinyan tərəfindən zəiflədilməyə başlanmasını bu qurum qəbul etmədi. Paşinyan isə kilsənin artıq dünya ermənilərini birləşdirəcək potensiala malik olmadığını iddia edərək, ona qarşı hücumları daha da genişləndirdi. Lakin mütəxəssislər Ermənistan baş nazirinin kilsəyə qarşı təbliğat cəhdlərinin iflasa məhkum olduğunu bildirir. Belə vəziyyətdə Paşinyandan artan narazılığı əsas götürən kilsə də ona qarşı fəaliyyətini genişləndirib. Ekspertlər, hətta kilsəni iqtidara qarşı çevriliş potensialı daşıyan mühüm güc hesab edirlər. İndi  Paşinyanın komandası bu gücün qarşısını almaq üçün əlindən gələni edir. Elə bu da qarşıdurmanı daha da şiddətləndirir.

Bu durumda hökümət əleyhinə kampaniyalara açıq-aşkar şəkildə qoşulan, mövcud siyasi elitaya qarşı təbliğata maliyyə xərcləyən kilsə keçmiş hakimiyyətin təmsilçiləri ilə də sıx şəkildə işləməyə başlayıb. Kilsənin Ermənistan Respublika Partiyası tərəfindən himayəsi, Paşinyanın komandası tərəfindən maraqları təmin olunmayan biznes oliqarxları ilə işbirliyi içərisində olması onun imkanlarını daha da artırır. Beləliklə, baş nazirin kilsə ilə qarşıdurması, əslində siyasi opponentləri ilə mübarizəsinə də yönəlib. Kritik həddə çatan münasibətlər fonunda Erməni Apostol Kilsəsi ilə Paşinyanın komandası arasında açıq-aşkar qarşıdurma təhsil sistemində də özünü büruzə verir. 2003-cü ildən etibarən məktəb dərsliyinə salınmış “Erməni kilsəsinin tarixi” adlı fənnin Ermənistanın Təhsil Nazirliyi tərəfindən tədris planından çıxarılması kilsə və inanclı təbəqələrin hiddəti ilə qarşılanıb. Bu fakt siyasi iqtidarın qəti surətdə Apostol kilsəsinin fəaliyyətinə qarşı olduğuna və konfliktin həlli yolunda hansısa kompromisə getməyəcəyinə dəlalət edir. Kilsənin keçmiş siyasi hakimiyyətin dövründən qalan geniş səlahiyyətlərinin mövcud iqtidar tərəfindən azaldılması özünü İrəvan şəhərində kilsə tikintisi üçün ayrılan torpaq sahəsinin hakim “Mənim Addımım” fraksiyasının üzvü  Levon Zakaryan tərəfindən bələdiyyələrə geri qaytarılması tələbində də büruzə verir. Eyni zamanda, siyasi iqtidarın məqsədyönlü fəaliyyəti ilə Eçmiədzin şəhərinin meri olaraq məhz ateist Diana Qasparyan seçilib. Apostol kilsəsinin aqressiyasına səbəb olan bu hadisə kilsə ilə iqtidar arasındakı münasibətlərin daha da sürətlə uçuruma yuvarlandığını göstərir. Keçmiş rəhbərliyin kilsəyə qarşı aparılan elan olunmamış müharibəsinin kulminasiya nöqtəsi isə baş yepiskop Navasard Kçoyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin açılması idi. O, maliyyə cinayətlərində ittiham olunan Aşot Sukiasyan və keçmiş baş nazir Tiqran Sarkisyanla birgə Kipr qeydiyyatlı ofşor şirkətlərdən birinin 33 %-lik pay sahibi kimi ortağı olub .Ermənistan hakimiyyəti, hətta erməni kilsəsinin rəhbərinin dəyişdirilməsi məsələsini də nəzərədən keçirməkdədir. Buna səbəb kimi, keçmiş rejimin kilsə ilə əlaqələrinin yüksək səviyyədə olmasıdır. Belə ki, bu ilin aprel ayında bütün Ermənistanın katolikosu II Qaregin çıxışında həbs edilmiş keçmiş prezident Robert Köçəryanın səhhəti ilə bağlı azadlığa çıxmalı olduğunu bildirdi. Məhz bu çıxış siyasi rəhbərlik tərəfindən ciddi tənqid olundu və bir gün sonra baş yepiskop Navasard Kçoyanın cinayətləri ilə bağlı məsələlər ölkə ictimaiyyətinə açıqlandı. Daha sonra Nikol Paşinyan kilsə daxilində keçmiş oliqarxik rejimə yaxın nümayəndələrin hökumətin işindən narazı olduğunu və tez-tez siyasi proseslərə açıq-aşkar müdaxilə etdiyini bildirdi. Ötən il isə Ermənistan parlamenti Ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini qəbul etmədi. Bu, tərəflər arasında ziddiyyətin ilk görüntüsü idi. Onda Nikol Paşinyanın “Çıxış” fraksiyası bildirdi ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi onun öz problemidir:“Bu barədə özü düşünməlidir”. Yeri gəlmişkən, Paşinyan diaspor komitəsini ləğv edəndə kilsə ona qarşı çıxdı. Ümumerməni katolikosu ona açıq məktub ünvanlayaraq, erməni diasporunun fəaliyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. Bütün bunlar kilsə və hakimiyyət arasında qarşıdurmanı şiddətləndirir. Bu fonda kilsə indi Ermənistanda hökumətdən yaranan narazılıqdan istifadə edərək daha aktiv şəkildə Paşinyana qarşı çıxır. Kilsə bəyan edib ki, Eçmiədzinin dəstəyi olmadan heç bir hakimiyyət qala bilməz. Paşinyan da bunu özünə qarşı çağırış kimi qəbul edir. Bu halda Paşinyan kilsənin rəhbərliyində özünə loyal olan insanların yer almasını istəyir. Bu isə onlar arasında ziddiyyəti daha da dərinləşdirir. Burada onu da qeyd edək ki, II Qaregin də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan kimi Rusiya üçün əhəmiyyətlidir. Bu isə Nikol Paşinyanla Kreml arasında kilsə üzündən də mövcud gərginliyin artmasına stimul ola bilən hal sayılır.

Nahid SALAYEV

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ