10/07/2020 04:49
728 x 90

Əliyevin təklifinin BMT tərəfindən müdafiəsi qlobal həmrəyliyə necə təkan verəcək...

Məhərrəm Zülfüqarlı: “Bu, dünyada qlobal həmrəylik hərəkatına ciddi təkan verəcək”

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi, pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib.

Təklif  Nyu-Yorkda 120 Qoşulmama Hərəkatına üzv ölkə arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Hərəkatın sədri Prezident İlham Əliyev quruma üzv ölkələr adından BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin təklifinə qədər BMT Təhlükəsizlik Şurasının və Baş Məclisin koronavirusla mübarizədə elə də nəzərəçarpan fəaliyyəti yox idi. Əslində, ölkə başçısı məlum təklifi ilə BMT-nin özünü də hərəkətə gətirdi. Bu vaxta qədər hər dövlət ancaq öz ölkəsi daxilində iş görürdü. Sözügedən məsələ ilə bağlı qlobal həmrəylik yox idi. Hətta qlobal rəqabəti qızışdıran dövlətlər var. O baxımdan, Prezident İlham Əliyevin sözügedən təklifi qlobal həmrəylik hərəkatına necə təkan olacaq?

  • “Nəticədə bəşəriyyət bundan qazanacaq”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, bu, dünya həmrəylik hərəkatına ciddi təkan verəcək: “Prezidentin təşəbbüsü ilə keçiriləcək növbəti toplantı koronavirusla mübarizədə imkanları genişləndirəcək. Bütün dünyanın diqqəti bu tədbirə yönələcək. Humanitar səylər güclənəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın BMT-də rəhbərlik təcrübəsi də var. Ölkəmiz müəyyən müddət TŞ-nin qeyri-daimi üzvü kimi bu quruma rəhbərlik edib. İndiki təklif də çox uğurlu təklifdir. Nəzərə almaq lazımdır ki, koronavirus bütün bəşəriyyət üçün faciədir. Ölkələr tək-tək deyil, birləşmiş səviyyədə bu bəlaya qarşı mübarizə aparmalıdırlar. Hesab edirəm ki, bu təklifə digər ölkələr də dəstək verəcəklər. Nəticədə bəşəriyyət bundan qazanacaq. Çünki bu, qlobal məsələdir. Bəzi dövlətlər aralarında olan fikir ayrılıqlarını kənara qoyub pandemiyaya qarşı birgə mübarizə aparacaqlar. Hesab edirəm ki, İlham Əliyevin çağırışı dünyanı xilas etməkdə mühüm rol oynayacaq. Bununla yanaşı, bu, dünyada qlobal həmrəylik hərəkatına ciddi təkan verəcək”.

Görünən odur ki, İlham Əliyevin məlum təşəbbüsü hazırkı dövrdə çox böyük əhəmiyyət kəsb edir.

Vidadi ORDAHALLI

Son xəbərlər