10/07/2020 23:19
728 x 90

Salyanın Qızılağac kənd sakinləri adından Prezidentə elliklə müraciət edildi...

img

“Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pambıqçılığın inkişafına verdiyiniz dəstək nəticəsində Salyan rayonunun Qızılağac kənd sakinlərinin əməyə və zəhmətə həvəsi daha da artmışdır. Əvvəllər bir çox çətinliklər ucbatından əlimiz işdən soyumuşdu. İndi isə işləmək istəyən insan üçün hər bir şərait mövcuddur.

Qızılağac və qonşu kəndlərdə 2020-ci il mövsümü üçün 706 hektar pambıq əkini planlaşdırılmışdı. Pambıqçılığın inkişaf etdirilməsi məşğulluğu artırmaqla bərabər ailə büdcəmizə də xeyli mənfəət gətirir. Odur ki, bizim üçün yaratdığınız bu şəraitə görə Salyan rayonu Qızılağac kənd sakinləri Sizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayır”.

Bu sözlər Salyan rayonunun Qızılağac kənd sakinləri B.Yolçiyev, R.Əliyev, M.Həsənov, H.Kazımov, A.Cəlilov və başqalarının Prezident İlham Əliyevə müraciətində öz əksini tapıb.

Baki-xeber.com

Son xəbərlər