11/07/2020 23:39
728 x 90

Göygöl rayonunun üç kəndini birləşdirən avtomobil yolu ilə bağlı çoxsaylı sakinlər Prezidentə müraciət etdilər...

img

Göygöl rayonundan Mustafayeva Gülsarə Allahverən qızı, Məmmədov Taleh Məhərrəm oğlu, Hüseynov Ədalət Xəlil oğlu, Vəliyev Cəmil İlqar oğlu, Ələsgərov Yasin Nadir oğlu və başqaları Prezident İlham Əliyevə məktub yazıblar.

Məktubda deyilir: “Biz Göygöl rayonunun Aşıqlı, Köşkü və Üçbulaq kənd sakinləri bu üç kəndi birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işinin yüksək səviyyədə başa çatdırıldığına görə bütün əhali adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Bütün əhali yolun çəkilişini böyük sevinclə qarşıladı. Yolun əvvəlki narahatlığı bizim gediş-gəlişimizi çətinləşdirirdi, maşınlar tez-tez sıradan çıxırdı, yağış və sel suları olan zaman gediş-gəliş daha da pisləşirdi. Kəndlərimiz meşə zolağında yerləşdiyindən asfalt yolun çəkilməsi növbəti illərdə kəndlərə turist axınını daha da artıracaq, bizim yaşayış səviyyəmizin daha da yüksəlməsinə səbəb olacaqdır”.

Baki-xeber.com

Son xəbərlər