12/07/2020 00:39
728 x 90

87 yaşlı alim Bayram Hüseynovu Prezidentə məktub yazmağa vadar edən səbəblər...

img

Bakının Xətai rayonundan 87 yaşlı kənd təsərrüfatı elmləri namizədi Hüseynov Bayram Məhəmməd oğlu Prezident İlham Əliyevə müraciət edib.

“Mənim 87 yaşım var. Kənd təsərrüfatı elmləri namizədiyəm. Dəfələrlə qabaqcıl fəaliyyətimə görə təltif olunmuşam. Həyatın bütün sınaqlarını görmüş adam kimi bugünkü Azərbaycanla qürur duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan gülüstana çevrilir, dağ başındakı kəndlərə də yol çəkilir, nümunəvi məhəllələr, parklar yaradılır, müasir məktəblər, xəstəxanalar tikilir, gündən-günə gözəlləşən diyarımız göz oxşayır.

Siz neftdən gələn kapitaldan səmərəli istifadə edərək, xalqın xoş gələcəyi üçün zəmin yaratdınız. Bütün sahələrlə yanaşı, turizmi inkişaf etdirdiniz. Bir mütəxəssis kimi deyim ki, aqrar sahəyə də çox böyük qayğı göstərirsiniz. Dövlətin baramaçılığın, pambıqçılığın, taxılçılığın inkişafına diqqəti sayəsində fermerlər Azərbaycan məhsulunu dünyada tanıdır. Bu gün bütün dünya sınaq qarşısındadır. Amma mən əminəm ki, Sizin xalqla birliyinizin, xalqa bağlılığınızın sayəsində bu bəladan tezliklə qurtulacağıq. Siz güclü lidersiniz, xalq Sizin arxanızdadır, Sizinlə qürur duyur, Sizi sevir. Sizi güclü edən xalq məhəbbətidir. Sizinlə Azərbaycan da güclüdür və bütün çətinliklərin öhdəsindən gələcəkdir” - deyə 87 yaşlı alim müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər