12/07/2020 01:50
728 x 90

Cəlilabadlı Əliyev Cəfər Prezidentlə niyə qürur duyduğunu yazdı..

img

“İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışınızı dərin rəğbət hissi ilə izlədim. Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən videokonfrans zamanı Ermənistanın ölkəmizə qarşı təcavüzkar, terrora və faşizm ideologiyasına söykənən dövlət siyasətini beynəlxalq müstəvidə bir daha tam çılpaqlığı ilə ifşa etdiniz, beynəlxalq hüquq normalarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə istinad etməklə “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” – deyərək xalqımızın səsini, haqq işimizi peşəkar siyasətçi və dövlət xadimi kimi növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdınız. Videokonfransda iştirak edən Ermənistanın avantürist hökumət başçısının konkret və müfəssəl çıxışınıza münasibət bildirmək cəhdi tarixi faktlara söykənən ritorikanız nəticəsində fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirələrdə olduğu kimi, yenə də uğursuzluqla nəticələndi. Bir vətənpərvər kimi Sizinlə qürur duyuram!”

Bu fikirləri Cəlilabad rayonundan Prezident İlham Əliyevə ünvanladığı müraciətdə Əliyev Cəfər Murtuz oğlu qeyd edib.

Baki-xeber.com

Son xəbərlər